Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Beynəlxalq Arxivlər Şurası tərəfindən 2021-ci ilin 7-11 iyun tarixləri Beynəlxalq Arxivlər Həftəsi elan edilmişdir

Hər il olduğu kimi Beynəlxalq Arxivlər Şurası ənənəyə sadiq qalaraq cari ilin 7-11 iyun tarixlərini Beynəlxalq Arxivlər Həftəsi elan etmişdir. Növbəti həftədə qeyd ediləcək beynəlxalq tədbir  “Arxivlərin hüquq və imkanlarının genişləndirilməsi” şüarı altında keçirilmiş 2020-ci il Beynəlxalq Arxivlər Həftəsinin məntiqi davamı olaraq “Arxivlərin hüquq və imkanlarının genişləndirilməsi: Hesabatlılıq və şəffaflıq; Əməkdaşlıq şəbəkələrinin yaradılması; Müxtəliflik və inkluzivlik” şüarı altında qeyd ediləcəkdir.

Sözügedən şüar altında 5 gün müddətində keçiriləcək tədbirlər sırasına  40 mühazirəçinin çıxış edəcəyi 12 vebinar daxildir. Vebinarlar "Hesabatlılıq və şəffaflığın təmin edilməsində arxivlərin rolu", "Arxiv sənədlərinin rəqəmsallaşmasında, həmçinin arxiv işinin avtomatlaşdırılmasında dünya arxivlərinin təcrübəsi və arxivlərin bu istiqamətdə işinin dah da təkmilləşdirilməsi yolları", "Süni intellektin arxiv işində tətbiqi və s. mövzular üzrə təşkil ediləcəkdir.  

IAW2021 çərçivəsində 9 İyun Beynəlxalq Arxivlər Gününə həsr edilmiş iki vebinar – “Rəqəmsal körpülərin yaradılması: əməkdaşlıq və şəbəkələrin yaradılması üçün rəqəmsallaşdırma” və YUNESKO ilə birgə təşkil edilmiş “YUNESKO-nun təsis sənədlərinin YUNESKO-nun 75 illiyi münasibətilə rəqəmsallaşdırılması” mövzularında keçiriləcəkdir.

Vebinarlar ingilis, fransız və ispan dillərində aparılacaqdır.

Daha ətraflı: https://www.ica.org/en/iaw2021-webinar-programme


Bugün: 159
Dünən: 547
Bu həftə: 2675
Son həftə: 5311
Bu Ay: 12501
Son Ay: 20137
Bu İl: 87543
Ümumi: 514472
514472