Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

AZƏRTAC 5108 ədəd foto və kinosənədi Dövlət Kino- Foto Sənədləri Arxivinə təhvil verib

 

 

        Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) tərəfindən daimi mühafizə olunmaq məqsədilə 5031 saxlama vahidi fotosənəd və 77 saxlama vahidi kinosənəd Dövlət Kino- Foto Sənədləri Arxivinə təhvil verilib. Foto və kinosənədlər  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-2023-cü illərdə iş qrafikinə uyğun olaraq xarici ölkələrə, o cümlədən respublikamızın ayrı- ayrı bölgələrinə, xüsusilə İkinci Qarabağ müharibəsi zamanı işğaldan azad edilmiş ərazilərimizə səfərlərini, habelə rəsmi görüş və qəbullarını, beynəlxalq tədbirlərdə iştirakını və çıxışlarını, yerli və xarici ölkələrin mətbuat nümayəndələrinə verdiyi müsahibələrini, hərbi hissələrdə əsgər və zabit heyətləri ilə görüşlərini, eləcə də yeni istifadəyə verilən hərbi hissələrin açılışlarında iştirakını əks etdirir. Eyni zamanda Prezident İlham Əliyevin Şuşada keçirilən V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalında və Şuşada Gövhər Ağa məscidinin açılışında iştirakını əks etdirən foto-kinoosənədlər də qəbul olunmuş sənədlərin tərkibində ayrıca yer alıb. Hazırda Dövlət Kino – Foto Sənədləri Arxivinə yeni qəbul olunmuş kino – fotosənədlərin ekspertizası keçirilməklə, Milli arxiv fonduna qəbul olunması rəsmiləşdirilir.


Bugün: 418
Dünən: 1032
Bu həftə: 6603
Son həftə: 7846
Bu Ay: 26019
Son Ay: 26944
Bu İl: 100184
Ümumi: 1412768
1412768