Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən Dövlət Kino-Foto Sənədləri Arxivinə daimi saxlanılmaq məqsədi ilə 276 foto sənəd təhvil verilib.

 

2010-2017-ci illəri əhatə edən sənədlər Rusiya, Türkiyə, Hindistan, Gürcüstan, Niderland Krallığı, Xorvatiya, Çin, İran, Latviya, Qətər, Tatarıstan, Monteneqro dövlətlərinin Azərbaycanda səfərdə olan ədliyyə, məhkəmə, xarici işlər idarələrini təmsil edən nümayəndə heyətinin Ali Məhkəmədə görüşlərini və Ali Məhkəmənin sədri Ramiz Rzayevin rəsmi qəbullarını, Ali Məhkəmənin yeni istifadəyə verilmiş inzibati binasının xarici və daxili görünüşlərini əks etdirir.

        Hal-hazırda Arxivdə təhvil alınmış foto sənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir. 


Bugün: 731
Dünən: 1177
Bu həftə: 5884
Son həftə: 7846
Bu Ay: 25300
Son Ay: 26944
Bu İl: 99465
Ümumi: 1412049
1412049