Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 215 saxlama vahidi fotosənəd daimi mühafizə üçün Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilmişdir

             Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi nəşriyyatı və “Sənədli və tədris filmləri kinostudiyası” tərəfindən təhvil verilən sənədlər 44 günlük Vətən Müharibəsi zamanı Şəhid olan hərbi qulluqçularımızın portretlərindən ibarətdir.

             Bununla belə təqdim edilən fotosənədlərdə  44 günlük müharibə zamanı Ermənistan  Silahlı Qüvvələri tərəfindən mülki vətəndaşlarımıza qarşı törədilən terror aktları, o cümlədən  işğal altında olarkən şəhər və kəndlərimizin dağıdılmasını əks etdirən kadrlar yer almışdır. 


Bugün: 347
Dünən: 1440
Bu həftə: 347
Son həftə: 14312
Bu Ay: 38164
Son Ay: 55392
Bu İl: 190203
Ümumi: 1884128
1884128