Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

AzərTac Dövlət İnformasiya Agentliyi tərəfindən 9865 saxlama vahidi foto sənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.

Təqdim edilən sənədlər əsasən dövlətlərarası əlaqə və əməkdaşlıq səviyyəsində Azərbaycan Respublikası Prezidentinin rəsmi qəbullarını, səfərlərini, görüşlərini, beynəlxalq tədbirlərdə, konfranslarda iştirakını, çıxışlarını, respublika daxilində bölgələrə səfərlərini, yeni istehsal və emal müəssisələrinin təməlqoyma və açılış mərasimlərini əks etdirir. Tarix üçün əhəmiyyətli olan sənədlər 2016-cı ildə dövlət başçısının İsveç Krallığının, Böyük Britaniyanın, İtaliyanın, Niderland Krallığının, Türkiyənin, Rusiyanın, İranın, Pakistanın, Belorusiyanın, Mərakeşin, Eritreyanın hökumət və dövlət nümayəndələrinin, ayrıca beynəlxalq təşkilatların nümayəndələrini qəbul etməsini əks etdirir. Qəbul edilmiş foto sənədlər eyni zamanda dövlət başçısının sədrliyi ilə Nazirlər Kabinetində 2016-cı ilə keçirilən iclasları Azərbaycana yeni təyin olunmuş səfirlərin etimadnamələrini qəbul edilməsi mərasimini, idman və mədəniyyət sahəsində gerçəkləşdirilən dövlət layihələrini, respublikamızda keçirilən beynəlxalq sərgiləri əks etdirir.

           Hal-hazırda Arxivdə təhvil alınmış sənədlərin Milli Arxiv fonduna qəbulu rəsmiləşdirilir. 


Bugün: 715
Dünən: 1177
Bu həftə: 5868
Son həftə: 7846
Bu Ay: 25284
Son Ay: 26944
Bu İl: 99449
Ümumi: 1412033
1412033