Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

“Dövlət arxiv xidməti təşkilatlarında korrupsiya riski yaradan hallar, onlara qarşı mübarizə tədbirləri və nəticələrinin aradan qaldırılması yolları” mövzusunda təlim keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarziənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrasını təmin etmək məqsədilə Milli Arxiv İdarəsinin 2023-cü il 31 yanvar tarixli 3-48/3-Ə/F-12/2023 nömrəli Əmri ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq İdarədə “Dövlət arxiv xidməti təşkilatlarında korrupsiya riski yaradan hallar, onlara qarşı mübarizə tədbirləri və nəticələrinin aradan qaldırılması yolları” mövzusunda təlim keçirilib. Təlimdə İdarənin rəhbərliyi, şöbə müdirləri, respublika dövlət arxivlərinin rəhbər və məsul vəzifəli şəxsləri iştirak ediblər.

Milli Arxiv İdarəsi rəisinin müavini Həsən Həsənov tədbiri açıq elan edərək dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən ölkə miqyasında korrupsiyaya qarşı aparılan davamlı islahatları, tədbirləri və hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində atılan addımları qeyd edib. MAF sənədlərinin komplektləşdirilməsi, qeydiyyatı və idarə arxivləri ilə iş şöbəsinin müdiri Cəmaləddin Cavadov  dövlət arxivlərinə sənədlərin qəbulu, işlənilməsi, o cümlədən daimi saxlanılmalı və daimi saxlanılmalı olmayan sənədlərlə iş zamanı korrupsiya riski yaradan amillər barədə çıxış edib. Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsinin müdiri Natiq Eminov  quqi və fiziki şəxslərin arxiv sənədləri əsasında onların hüquqi mənafeyini təmin edəcək arxiv arayışı, arxiv sənədlərindən çıxarışların və surətlərin verilməsi, o cümlədən onların rəsmiləşdirilməsi zamanı yol verilən nöqsanları qeyd etməklə, korrupsiya hallarına şərait yaradan şərtləri göstərib. N. Eminov çıxışında İdarə tərəfindən İKT vasitələrinin arxiv işində tətbiq edilməsi sahəsində şəffaflığın artırılması istiqamətində görülmüş işləri qeyd edib, bu istiqamətdə nəzərdə tutulan tədbirlər barədə məlumat verib.

Təlim açıq diskussiya formatında davam edib.


Bugün: 442
Dünən: 937
Bu həftə: 5977
Son həftə: 5867
Bu Ay: 21675
Son Ay: 20754
Bu İl: 86976
Ümumi: 1107397
1107397