Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Lənkəran filialına növbəti dəfə məktəblilərin ekskursiyası təşkil olunub

       Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Azərbaycan Respublikası Dövlət Arxivi Lənkəran filialının 2023-cü il üçün iş planına uyğun olaraq, filiala növbəti ekskursiya həyata keçirilib. Belə ki, filial və  Mehman Bağırov adına 1 nömrəli tam orta məktəb, habelə H.Aslanov adına 3 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə hər iki təhsil ocağının yuxarı sinif şagirdlərinin filiala ekskursiyası təşkil olunub. Dekabrın 6-8-də adıçəkilən məktəblərin direktorları Zaur Ağazadə və Aqil Sadıyevin rəhbərliyi ilə təşkil olunmuş ekskursiyalarda DA Lənkəran filialının direktoru Camal Babazadə şagirdlər qarşısında çıxış edərək, Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqadər filialda mühafizə olunan Ümummilli Liderin hakimiyyəti dövrünə aid sənədlər barədə geniş məlumat verib.  O, həmçinin Ümummilli Liderin həyat yolu və böyük xidmətləri barədə də danışıb. Filial direktoru arxivin əsas iş istiqamətləri, filialın əhatə etdiyi Astara, Lerik, Yardımlı və Masallı rayon dövlət arxivləri haqqında, sənədlərin dövlət arxivinə qəbulu, mühafizəsi, uçotu, istifadəsi, rəqəmsallaşdırılması və elektron xidmətlər barədə məlumat verib. Sonra filialın arxivçisi Afaq Hüseynova və fond mühafizəçisi Gülnar Şirinova şagirdləri arxivdə sənədlərin mühafizə şəraiiti ilə əyani tanış edib, onları maraqlandıran suallara ətraflı cavab verib. Ekuskursiya-görüşdə  hər iki məktəbin təmsilçiləri  - Nüşabə Cabbarova, Kəmalə Miriyeva, Südabə Axundzadə və Leyla Axundova da iştirak ediblər. Ekskursiya şagirdlərdə xoş təsürat yaradıb, arxiv işinə marağı daha da artırıb.  

 


Bugün: 876
Dünən: 1017
Bu həftə: 5474
Son həftə: 5867
Bu Ay: 21172
Son Ay: 20754
Bu İl: 86473
Ümumi: 1106894
1106894