Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Gəncə filialında görüş keçirilmişdir

Dövlət Arxivinin Gəncə filialında Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri, Türkiyə-Avrasiya Yazarlar Birliyinin üzvü, Beynəlxalq Rəsul Rza və Mikayıl Müşfiq mükafatçısı, “Əməkdar Mədəniyyət işçisi”, şairə  Hüseynova Xəzangül Abbasqulu qızı ilə görüş keçirilmişdir.  

Görüşdə həmçinin yazıçı-dramaturq, filologiya üzrə fəlsəfə doktoru Sahib İbrahimli, Prezident təqaüdçüsü, şair-həkim Zaur Quliyev, Prezident təqaüdçüsü, AYB üzvü, şair  Bayram Göyçəli,  AYB üzvü, şair Ramiz Təmkin, şair Zahir Şirani, gənc şair  Eltun Türkel, Gəncə şəhər 23 saylı tam orta məktəbin müəllimi İradə Mursaqulova  və şagirdlər iştirak etmişlər.

Tədbirdə iştirak edən qonaqlar Xəzangül xanımın həyat və yaradıcılığından, onun müəllifi olduğu on bir kitabında nəşr olunmuş şerlərinin oxucular tərəfindən böyük rəğbətlə qarşılanmasından, bəzi əsərlərinin xarici dillərə tərcümə olunaraq çap edilməsindən, gürcü dilində çap edilmiş “Ekvebi” (“Şübhələr”) adlı kitabından, “Məhəbbətin qənimi” adlı mənzum pyesinin C.Cabbarlı adına Gəncə Dövlət dram teatrında uğurla tamaşaya qoyulmasından və digər uğurlarından söz açdılar.

Daha sonra qonaqlar Xəzəngül Hüseynova ilə xatirə şəkli çəkdirdilər.


Bugün: 370
Dünən: 773
Bu həftə: 1143
Son həftə: 4759
Bu Ay: 10974
Son Ay: 20754
Bu İl: 76275
Ümumi: 1096696
1096696