Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Lənkəran filialına məktəblilərin növbəti ekskursiyası təşkil olunmuşdur

        Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Arxivi Lənkəran filialının 2021- ci ilin İş planına uyğun olaraq  filialın və V.Əliyev adına 4 № li humanitar  təmayüllü  məktəb- liseyin  birgə  təşkilatçılığı ilə yuxarı sinif şagirdlərinin filiala ekskursiyası təşkil  olunmuşdur.

        09 dekabr 2021-ci il tarixində adıçəkilən məktəb-liseyin direktoru Yeganə Əsgərova və direktor müavini İlqar İsmayılovun rəhbərliyi ilə təşkil olunmuş ekskursiyada ARDA Lənkəran filialının  direktoru Rəfail Rzayev şagirdlər qarşısında çıxış edərək arxivin əsas iş fəaliyyəti istiqamətləri o cümlədən  filialın əhatə etdiyi Astara, Lerik, Yardımlı və Masallı rayon dövlət arxivləri haqqında, həmçinin sənədlərin dövlət  arxivlərinə qəbulu, mühafizəsi, uçotu, istifadəsi,  rəqəmsallaşdırılması və  elektron xidmətlər haqqında ətraflı məlumat vermişdir.

             Daha sonra filialın arxivçisi Afaq Hüseynova şagirdləri  arxivdə sənədlərin mühafizə şəraiti ilə  əyani tanış etmiş, onları maraqlandıran sualları cavablandırılmışdır. 

 

 


Bugün: 110
Dünən: 658
Bu həftə: 768
Son həftə: 4913
Bu Ay: 12540
Son Ay: 22161
Bu İl: 57087
Ümumi: 1077508
1077508