Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Lənkəran filialında Lənkəran Dövlət Universitetinin tələbələri üçün açıq dərs-ekskursiya keçirilmişdir

             11 may 2022-ci il tarixində Dövlət Arxivinin Lənkəran filialında Lənkəran Dövlət Universitetinin “Müzeyşunaslıq, arxiv işi və abidələrin qorunması”  ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin iştirakı ilə açıq dərs-ekskursiya keçirilmişdir.

            Filialın direktoru Rəfail Rzayev tələbələr qarşısında çıxış edərək sahə üzrə normativ hüquqi aktların tələblərini, dövlət arxivlərinin əsas iş qaydalarını dinləyicilərə izah etmiş, sənədlərin mühafizəsi, uçotu, komplektləşdirilməsi, istifadəsi, rəqəmsallaşdırılması və göstərilən elektron xidmətlər haqqında məlumat vermişdir.

            Eyni zamanda tələbələrə Dövlət Arxivinin Lənkəran filialı və onun əhatə etdiyi Astara, Lerik, Yardımlı və Masallı rayon dövlət arxivləri haqqında məlumat verilmişdir. Sonra sənədlərin mühafizəsi şəraiti əyani olaraq tələbələrə nümayiş etdirilmişdir.

            Daha sonra tələbələrə açıq dərs-seminar keçirilmişdir. LDU-nun müəllimləri, tarix üzrə fəlsəfə doktorları, dosent Emin Məlikovun və Leyla Məcidovanın iştirakı ilə keçirilmiş seminarda tələbələrə “Azərbaycan Respublikası dövlət arxivlərinin Əsas İş Qaydaları”, “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısı” və onun tətbiqi barədə dərs keçirilmişdir.

             Daha sonra filialın əməkdaşları A. Hüseynova və C. Babazadənin rəhbərliyi ilə açıq dərs sahələr üzrə məşğələ formasında davam etdirilmişdir.


Bugün: 543
Dünən: 881
Bu həftə: 3136
Son həftə: 5867
Bu Ay: 18834
Son Ay: 20754
Bu İl: 84135
Ümumi: 1104556
1104556