Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Lənkəran filialında tələbələr üçün açıq dərs-ekskursiya keçirilmişdir

           Dövlət Arxivinin Lənkəran filialında Lənkəran Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Lənkəran Sosial və Aqrar Texnoloji Kollecin “Arxiv işi və kargüzarlıq” ixtisası üzrə  təhsil alan III kurs tələbələrinin iştirakı ilə açıq dərs-ekskursiya keçirilmişdir.

          Filialın direktoru Camal Babazadə tələbələr qarşısında çıxış edərək sahə üzrə normativ hüquqi aktların tələblərini, dövlət arxivlərinin əsas iş qaydalarını dinləyicilərə izah etmiş, sənədlərin mühafizəsi, uçotu, komplektləşdirilməsi, istifadəsi, rəqəmsallaşdırılması və göstərilən elektron xidmətlər haqqında məlumat vermişdir.

           Eyni zamanda tələbələrə Dövlət Arxivinin Lənkəran filialı və onun əhatə etdiyi Astara, Lerik, Yardımlı və Masallı rayon dövlət arxivləri haqqında məlumat verilmişdir. Sonra sənədlərin mühafizəsi şəraiti əyani olaraq tələbələrə nümayiş etdirilmişdir.

             Daha sonra filialın əməkdaşı A. Hüseynova və adıçəkilən kollecin müəllimi M. Həsənovanın rəhbərliyi ilə açıq dərs sahələr üzrə məşğələ formasında davam etdirilmişdir.

 


Bugün: 206
Dünən: 1678
Bu həftə: 1884
Son həftə: 14312
Bu Ay: 39701
Son Ay: 55392
Bu İl: 191740
Ümumi: 1885665
1885665