Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Salyan filialında “Açıq qapı” günü keçirilmişdir

             Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Arxivi Salyan  filialının 2022 - ci ilin İş planına uyğun olaraq  filialda rayon ictimai xadimlərinin və müvafiq qurumların nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günü keçirilmişdir. Tədbirdə Mədəniyyət işçiləri Həmkarlar İttifaqı  Salyan rayon komitəsinin sədri  Vəfa Əbilova, Salyan Tarix Diyarşunaslıq Muzeyinin direktoru Rəfiqə Ağabəyli və əməkdaşı Fəxriyyə Miriyeva, Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdiri Səidə Əliyeva və Biləsuvar Regional Mədəniyyət İdarəsinin Salyan rayonu üzrə numayəndəsi Şamxal Əhmədov və filialın əməkdaşları iştirak etmişdir.

            ARDA Salyan filialının direktoru Səkinə Məlikova qonaqlar qarşısında çıxış edərək arxivin əsas fəaliyyəti istiqamətləri o cümlədən  filialın əhatə etdiyi Cəlilabad, Biləsuvar və Neftçala rayon dövlət arxivləri haqqında, həmçinin sənədlərin dövlət  arxivlərinə qəbulu, mühafizəsi, uçotu, istifadəsi,  rəqəmsallaşdırılması və  elektron xidmətlər haqqında ətraflı məlumat vermişdir.

            Filialın əməkdaşları Məlahət Sərdarova və Sədəf Nəcəfova tərəfindən filalda mühafizə edilən arxiv sənədləri haqqında ətraflı məlumat verilmiş, qonaqların sualları cavablandırılmışdır.

              Tədbir açıq diskussiya şəklində davam etmişdir. 

 


Bugün: 1487
Dünən: 1440
Bu həftə: 1487
Son həftə: 14312
Bu Ay: 39304
Son Ay: 55392
Bu İl: 191343
Ümumi: 1885268
1885268