Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Şirvan filialına məktəblilərin ekskursiyası təşkil olunmuşdur

             Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Arxivi Şirvan  filialının 2023 - cü ilin İş planına uyğun olaraq  filialın və Şirvan şəhər 2 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə ibtidai sinif şagirdlərinin filiala ekskursiyası təşkil  olunmuşdur.

            Adıçəkilən məktəbin məzunu olmuş Vətən Müharibəsi Şəhidi Yusif Cəfərovun ad günündə təşkil edilmiş tədbirdə şagirdlər və Şəhidin ibtidai sinif müəllimi Şəlalə Novruzova ilk olaraq filialda daimi mühafizə edilən Vətən Müharibəsi Şəhidlərinin şəxsi mənşəli sənədləri ilə tanış olmuşdular.

           Daha sonra şagirdlərə arxivlərin əsas fəaliyyəti, əhəmiyyəti, dövlətin və xalqın mədəni irsinin daşıyıcısı kimi arxiv sənədlərinin rolu barədə ətraflı məlumat verilmişdir.

 

 


Bugün: 52
Dünən: 1678
Bu həftə: 1730
Son həftə: 14312
Bu Ay: 39547
Son Ay: 55392
Bu İl: 191586
Ümumi: 1885511
1885511