Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Şirvan filialında "İdarə, müəssisə və təşkilatlarda arxiv işinin təşkili" mövzusunda təlim keçirilmişdir

03 mart 2023-cü il tarixində Dövlət Arxivinin Şirvan filialın komplektləşdirmə məbələrinin, o cümlədən Şirvan şəhərinin idarə, müəssisə və təşkilatlarının arxivçiləri üçün keçirilmiş təlimdə Şirvan şəhər İcra Hakimiyyəti aparatının Hüquq şöbəsinin məsləhətçisi  Azər Hüseynov, Hacıqabul Rayon Dövlət Arxivinin müdiri Vüsal Nağıyev və  Şirvan şəhərində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların arxivçiləri eləcə də  arxiv işinə məsul şəxsləri iştirak etmişdir.

23 təşkilatın nümayəndəsinin qatıldığı tədbirdə Dövlət Arxivi Şirvan filialının direktoru Nəsibə Məmmədova  idarə, müəssisə və təşkilatlarda arxiv işinin təşkili, qanunvericilik, normativ hüuqi aktların tələbləri haqqında, o cümlədən “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası barədə məlumat vermiş, qəbul  edilmiş yeni normativ hüquqi aktlar barəsində iştirakçıları məlumatlandırmışdır.

Daha sonra idarə, müəssisə və təşkilatlarda arxiv işində önə çıxan problemlər və onların həlli yolları, təşkilatlarda müddətdən artıq saxlanılan sənədlərin dövlət arxivinə təhvil verilməsi zamanı qarşıya çıxan çətinliklər, o cümlədən idarə arxivlərinin pasportlaşması və s. mövzular ətrafında diskussiya xarakterli müzakirələr aparılmış, suallar cavabalandırılmışdır.

           Tədbirin sonunda iştirakçılar filialın oxu zalında 44 günlük Vətən Müharibəsi  Şəhidlərinin əl işlərindən ibarət sərgi ilə tanış olmuşdurlar. 


Bugün: 268
Dünən: 780
Bu həftə: 4554
Son həftə: 5963
Bu Ay: 14556
Son Ay: 23672
Bu İl: 103529
Ümumi: 1123950
1123950