Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivlərində Anım Günü tədbirləri

           27 sentyabr 2022-ci il tarixində Dövlət Arxivinin Gəncə filialında "Vətən Müharibəsi Şəhidləri-Zəfərimizin Qəhrəmanları" adlı sənəd sərgisi təşkil olunmuşdur.

          Sərgidə 12 nəfər Vətən Müharibəsi Şəhidinin Dövlət Arxivinin Gəncə filialına qəbul edilmiş şəxsi mənşəli sənədləri təqdim olunmuşdur. Bununla yanaşı təqdim olunan sənədlər və materiallar içərisində filial əməkdaşlarının mövzuya uyğun olaraq sözügedən sənədlər əsasında hazırladıqları məqalələr də yer almışdır.

           Sərgi 8 Noyabr - Zəfər Gününə qədər davam edəcəkdir.

           27 Sentyabr - Anım Günü ilə ilə əlaqədar olaraq Dövlət Arxivinin Şirvan filialının əməkdaşları Şəhidlər Xiyabanını ziyarət etmiş, Şəhid ailələri ilə görüşmüşdürlər. 


Bugün: 1183
Dünən: 1440
Bu həftə: 1183
Son həftə: 14312
Bu Ay: 39000
Son Ay: 55392
Bu İl: 191039
Ümumi: 1884964
1884964