Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

SON MƏQALƏLƏR

Dövlət Səs Yazıları Arxivi tərəfindən Şuşa şəhərinin 270 illiyinə həsr olunmuş "Qala-270" adlı videoxülasə hazırlanmışdır.

        Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin tabeliyində fəaliyyət göstərən Dövlət Səs Yazıları Arxivi tərəfindən hazırlanan videoxülasə 2022-ci ilin "Şuşa İli" elan edilməsinə və Şuşa şəhərinin 270 illiyinə həsr olunmuşdur. Videoxülasədə adıçəkilən arxivin fondlarında mühafizə edilən və Şuşa şəhərinə aid olan sənədlər - Ulu öndər Heydər Əliyevin Şuşa şəhəri haqqında çıxışları, o cümlədən Şuşa şəhərində doğulmuş, orada fəaliyyət göstərmiş görkəmli mədəniyyət ustalarının ifaları yer almışdır. İşğaldan əvvəlki dövrlərdə keçirilmiş "Xaribülbül" festivalları, o cümlədən işğaldan azad olunandan sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə keçirilmiş eyniadlı festival haqqında məlumat verilmişdir.

      Sözügedən videoxülasəyə Milli Arxiv İdarəsinin rəsmi YouTube səhifəsində baxa bilərsiniz. 

 

 

 



Bugün: 669
Dünən: 938
Bu həftə: 4735
Son həftə: 5906
Bu Ay: 21913
Son Ay: 23925
Bu İl: 159927
Ümumi: 1180348
1180348