Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Tarix Arxivinin Sənədlərin nəşri və istifadəsi şöbəsinin müdiri Rövşən Həsənlinin “Tariximizin qara səhifəsi: Qarabağda Xan ailəsinin torpaqları necə zəbt olundu?” adlı məqaləsi mətbuatda dərc olunmuşdur

Sovet dövründə tarix dərsliklərində Şimali Azərbaycanın 1813-cü ildə işğalını bizə Rusiyaya birləşmə kimi təqdim edənlər, bu hadisə ilə yurdumuzda sülhün, əmin-amanlığın yaranmasını önə çəkirdilər. Halbuki Rusiyanın Cənubi Qafqaza gəlişindən sonra başqa bir formada milli faciələrimizin əsası qoyuldu.

Bəlalarımız 1804-cü ildə Gəncə istila edilib Cavad xan öldürüldükdən sonra başlandı. Bir il sonra Qarabağ xanı İbrahimxəlil xan məcburən "Kürəkçay müqaviləsi"ni imzalamaqla general rütbəsini, rus təbəəliyini qəbul etdi. Daha bir il bir ay keçmədi ki, 12 iyun 1806-cı ildə İbrahimxəlil xan 17 nəfər ailə üzvü ilə birlikdə Şuşa yaxınlığındakı Xan bağında mayor Lisaneviçin dəstəsi tərəfindən qətlə yetirildi. Baş verən vəhşiliyi "malalamaq" məqsədilə, üç ayın tamamında Mehdiqulu xan Cavanşir Qarabağ xanı kimi atasının yerinə gətirildi.

Lakin zaman keçdikcə Tiflisdə oturan Qafqaz canişinliyi Qarabağ xanlığını zəiflətmək üçün bütün müstəvilərdə cəhdlər etdi - həm siyasi, həm də iqtisadi cəhətdən onu sıxışdırmağa başladı. Təzyiqlərdən cana doymuş Mehdiqulu xan yaxınlarını başına yığıb, 1822-ci ildə Arazdan cənuba adladı. Bu fürsətdən yararlanan Çar hökuməti həmin ildən xanlığın ləğvini elan etdi.

             Məqalə ilə daha ətraflı BURADAN tanış ola bilərsiniz. 


Bugün: 319
Dünən: 859
Bu həftə: 3226
Son həftə: 4358
Bu Ay: 19356
Son Ay: 22161
Bu İl: 63903
Ümumi: 1084324
1084324