Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Abdelouahab Osman Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində olmuşdur

11 may 2022-ci il tarixində Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli  səfiri cənab Abdelouahab Osman Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində olmuş və İdarənin rəisi Əsgər Rəsulovla görüşmüşdür.

Səfirliyin təşəbbüsü ilə keçirilən görüş zamanı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Əlcəzairin Milli Arxivinin əməkdaşlıq perspektivləri, birgə layihələrin reallaşdırılması, təcrübə mübadiləsi məsələləri müzakirə olunmuşdur. Azərbaycan arxivləri ilə əlaqələrin qurulması, təcrübə mübadiləsi məsələlərinin həllinin hər iki ölkənin arxiv təşkilatlarının gələcək fəaliyyətinə müsbət təsir edəcəyini bildirən səfir əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd etmişdir. Milli Arxiv İdarəsinin rəisi əməkdaşlıq təşəbbüsünün, həmçinin hökümətlərarası arxiv işi sahəsində sazişin imzalanmasının qarşılıqlı əlaqələrin möhkəmlənməsi və daha da genişlənməsinə xidmət edəcəyini bildirmişdir.

        Qonağa Azərbaycan Respublikasının dövlət arxivləri və orada mühafizə edilən sənədlər barədə qısa məlumat verilmişdir.  

 

 

 

 

 


Bugün: 398
Dünən: 681
Bu həftə: 2665
Son həftə: 6416
Bu Ay: 6007
Son Ay: 30002
Bu İl: 134355
Ümumi: 1043528
1043528