Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

MAİ-nin baş məsləhətçisi R.Səfərovun “Cümhuriyyət Ordusunun haqqında şərqilər qoşulan generalı Teymur bəy Novruzovun ordu quruculuğunda müstəsna xidmətləri olub” adlı məqaləsi mətbuatda dərc edilmişdir.

“Kaspi” qəzetinin 26 iyun 2021-ci il tarixli 023(4023) saylı buraxılışında və www.kaspi.az  saytında Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi Rafiq Səfərovun - “Cümhuriyyət Ordusunun haqqında şərqilər qoşulan generalı  Teymur bəy Novruzovun ordu quruculuğunda müstəsna xidmətləri olub” adlı məqaləsi dərc edilmişdir. Məqalə arxiv sənəd və materialları, həmçinin digər mənbələrdən istifadə edilməklə yazılmışdır. Məqalədə peşəkar hərbiçi, rus ordusunun general-leytenantı Mirzə Hacı bəy Novruzovun oğlu general-mayor Teymur bəy Novruzovun Azərbaycan ordusunun Süvari diviziyasının komandiri kimi suvari hissələrinin yaradılması və komplektləşdirilməsi və onun döyüş səviyyəsinin artırılması və Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasındakı rolundan bəhs edilir. Məqalənin tam mətni ilə BURADAN və ya www.kaspi.az saytından tanış ola bilərsiniz.


Bugün: 808
Dünən: 890
Bu həftə: 2520
Son həftə: 5867
Bu Ay: 18218
Son Ay: 20754
Bu İl: 83519
Ümumi: 1103940
1103940