Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

MDB ölkələri üzrə gənc arxivçilərin IV Yay Məktəbi təşkil edilmişdir

        Qazaxıstan Respublikası Prezident Arxivinin və Rusiya Dövlət Humanitar Universitetinin,  Əl Fərabi adına Qazax Milli Universitetinin birgə təşkilatçılığı ilə MDB ölkələri üzrə gənc arxivçilərin IV Yay Məktəbi təşkil edilmişdir. Tədbirin əsas məqsədi  arxivçilərin ixtisaslarının artırılması, yeni texnologiyalarla tanışlıq,  müasir metodların arxiv işinə tətbiqi və arxiv işi sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsidir.

            Cari ilin 21-23 iyun tarixlərində onlayn formatda baş tutan IV Yay Məktəbi “Elektron sənədlərlə iş: nəzəriyyə və praktika” mövzusuna həsr edilmişdir. Rusiya, Belarusiya, Qazaxıstan, Özbəkistan, Cənubi Koreya, Finlandiya və s. ölkələrdən 250-dən çox arxivçinin qatıldığı tədbirdə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsini Sənədlərin nəşri və istifadəsi şöbəsinin müdiri, İnformasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov təmsil etmişdir. 

            IV Yay Məktəbində sözügedən mövzu üzrə məruzəçi qismində Rusiya, Belarusiya, Finlandiya, İsveç, Polşa, Qazaxıstan, Cənubi Koreya və s. ölkələrdən qabaqcıl alimlərin və arxivçilərin çıxışı dinlənilmişdir.  

 

 

 


DİGƏR XƏBƏRLƏR



Bugün: 580
Dünən: 1211
Bu həftə: 2961
Son həftə: 7197
Bu Ay: 29574
Son Ay: 26944
Bu İl: 103739
Ümumi: 1416323
1416323