Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

MDB-yə üzv ölkələrin dövlət arxiv xidməti rəhbərlərinin Məsləhət Şurasının 17-ci yığıncağı keçirilmişdir

10 dekabr 2021-ci il tarixində MDB-yə üzv ölkələrin dövlət arxiv xidməti rəhbərlərinin Məsləhət Şurasının 17-cı yığıncağı keçirilmişdir. Belarus Respublikasının paytaxtı Minsk şəhərində təşkil edilmiş və videokonfrans formatında baş tutan yığıncaqda MDB-yə üzv olan Azərbaycanla yanaşı, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan arxiv xidməti rəhbərləri, həmçinin MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak etmişdir. Yığıncaqda Azərbaycan Respublikasını Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov təmsil etmişdir. Məsləhət Şurasının 17-cı yığıncağına rotasiya qaydasında Belarus Respublikası sədrlik edirdi.

Yığıncaqda 2021-ci il üzrə MDB ölkələri arxiv xidməti təşkilatlarının fəaliyyəti haqqında ümumi məruzə dinlənilmiş, daha sonra sözügedən məruzə ətrafında müvafiq ölkələrin arxiv xidməti rəhbərləri çıxış etmişdirlər.

MDB ölkələrinin arxiv xidməti təşkilatları arasında təcrübə mübadiləsi, arxiv işi və kargüzarlıq sahəsində ixtisaslı kadrların hazırlanması, şəxsi heyət sənədlərinin mühafizə yeri barəsində vahid məlumat bazasının yaradılması haqqında müzakirələr həyata keçirilmişdir.

    Daha sonra gündəlikdə duran digər məsələlər barəsində aidiyyəti üzrə fikir mübadiləsi aparılaraq müvafiq qərarlar qəbul olunmuşdur. 

   Sonda MDB-yə üzv ölkələrin dövlət arxiv xidməti rəhbərlərinin Məsləhət Şurasına növbəti birillik müddətə Qazaxıstan Respublikası Mədəniyyət və İdman Nazirliyinin Arxiv İşi və Sənədlərin İdarəedilməsi Departamentinin rəhbəri  K. K. Baraşev sədr seçilmişdir.

 


Bugün: 382
Dünən: 658
Bu həftə: 1040
Son həftə: 4913
Bu Ay: 12812
Son Ay: 22161
Bu İl: 57359
Ümumi: 1077780
1077780