Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsi tərəfindən Dövlət Arxivinin Göyçay filialında seminar məşğələ keçirilmişdir

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi cari ildə Respublika dövlət arxivlərinin rəhbərlərinin və əməkdaşlarının peşə biliklərinin, ixtisaslarının, o cümlədən nəzəri və praktiki bacarıqlarının artırılması məqsədilə yerlərdə seminar-məşğələlərin keçirilməsini davam etdirir. 

Seminarlarda arxiv işinin bütün sahələrini əhatə edən mövzular üzrə – arxivlərdə sənədlərin mühafizəsinin təmin edilməsi, milli arxiv fondunun komplektləşdirilməsi,  sənədlərin dəyərinin ekspertizası, idarə arxivlərinin işinə nəzarət, sənədlərin istifadəsi və milli arxiv fondunun elektron daşıyıcılara köçürülməsi, dövlət arxivlərində elektron xidmətlərin təşkili üzrə çıxışların və  müzakirələrin aparılması nəzərdə tutulmuşdur.  

Seminar 7 oktyabr 2022-ci il tarixində Dövlət Arxivinin Göyçay filialında baş tutmuşdur. Seminarda DA Göyçay filialının direktoru Əflatun Beydullayev, həmçinin filialın əməli-metodiki tabeliyində fəaliyyət göstərən Zərdab rayon Dövlət Arxivinin müdiri Elyar Bağırov, Ağdaş rayon Dövlət Arxivinin müdiri Elşad Gülafov, Ucar rayon Dövlət Arxivinin müdiri Əbutalib Mikayılov, Qəbələ rayon Dövlət Arxivinin müdiri Samir Əliyev, həmçinin filialın və rayon dövlət arxivlərinin əməkdaşları  iştirak etmişdirlər.

Seminar məşğələ Milli Arxiv İdarəsinin əməkdaşları - Cəmaləddin Cavadov, Natiq Eminov və Həbib Həsənov tərəfindən aparılmışdır.

              Seminarlar zamanı son dövrlərdə arxiv işi sahəsində mövcud qanunvericilik aktlarına edilən düzəlişlər və əlavələr, o cümlədən cari məslələlər barədə geniş müzakirlər keçirilmiş, İdarənin əməkdaşları tərəfindən müvafiq tövsiyələr, iş prosesində istifadə edilən metodiki vəsaitlər arxivçilərə verilmişdir.   

 

 

 


Bugün: 915
Dünən: 1017
Bu həftə: 5513
Son həftə: 5867
Bu Ay: 21211
Son Ay: 20754
Bu İl: 86512
Ümumi: 1106933
1106933