Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsində “Arxiv işində İKT-nin tətbiqi” mövzusunda seminar keçirilmişdir

17 noyabr 2022-ci il tarixində Milli Arxiv İdarəsində “Arxiv işində İKT-nin tətbiqi: Dövlət arxiv fondu sənədlərinin rəqəmsallaşdırılması və elektron xidmətlər; İnformasiya təhlükəsizliyi və arxivçilərin rəqəmsal mühitdə məsuliyyəti” mövzusunda seminar keçirilmişdir.

Seminarda İdarə rəisinin müavini Həsən Həsənov, İdarənin Təşkilat-metodika və beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə Abasova, Sənədlərin nəşri və istifadəsi şöbəsinin müdiri, İnformasiya təminatı və elektron Xidmətlər Mərkəzinin rəhbəri Natiq Eminov, Dövlət arxivlərinin rəhbər şəxsləri və aidiyyəti sahə üzrə xidmət göstərən arxivçilər iştirak edirdi. Tədbirdə həmçinin videokonfrans formatında qoşulmuş dövlət arxivi filiallarının direktorları, əməkdaşları və rayon (şəhər) dövlət arxivlərinin müdirləri iştirak edirdi.

Tədbiri giriş sözü ilə açıq elan edən İdarə rəisinin müavini Həsən Həsənov ilk növbədə əməkdaşları 17 noyabr Milli dirçəliş günü münasibətilə təbrik etmişdir. Daha sonra mövzunun əhəmiyyəti və günün tələbi olan rəqəmsal  arxivin yaradılması istiqamətində görülən işlər, həmçinin rəqəmsallaşmanın və elektron xidmətlərin məmur-vətəndaş münasibətlərində, o cümlədən bir sıra neqativ halların, korrupsiya əməllərinin qarşısının alınmasında xüsusi rol oynadığını vurğulamışdır. Təşkilat metodika və beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə Abasova keçirilən seminarların arxivçilərinin bilik və bacarığının artırılması istiqamətində önəmini qeyd etmişdir. Daha sonra Sənədlərin nəşri və istifadəsi şöbəsinin müdiri, İnformasiya təminatı və elektron xidmətlər Mərkəzinin rəhbəri Natiq Eminov yuxarıda qeyd edilən mövzu ətrafında məruzə ilə çıxış edərək Elektron Arxiv Sistemi, Elektron Arxiv Məlumat Sistemi, Elektron Hesabatlar Sistemi, Elektron Sənəd Dövriyyəsi Sistemi və yeni yaradılmaqda olan “Ləğv olunmuş, idarəetmə forması dəyişdirilmiş idarə, müəssisə və təşkilatların arxiv fondları haqqında məlumatın verilməsi” adlı elektron xidmət barəsində məlumat vermişdir.  Natiq Eminov arxivçilərin informasiya təhlükəsizliyi, kibercinayətkarlıq, arxivçilərin rəqəmsal mühitdə məsuliyyəti barəsində mövcud olan normativ aktların tələblərini seminar iştirakçılarına çatdırmışdır.

Daha sonra çıxış edən İnformasiya təminatı və elektron xidmətlər mərkəzinin aparıcı məsləhətçisi Roza Əliyeva, mütəxəssis Mircamal Seyidov sənədlərin rəqəmsallaşdırılması prosesində qarşıya çıxan problemlər və onların həlli yolları barədə məlumat vermişdirlər.

             Seminar açıq diskussiya formatında davam etmişdir. 

 


Bugün: 838
Dünən: 835
Bu həftə: 4115
Son həftə: 4759
Bu Ay: 13946
Son Ay: 20754
Bu İl: 79247
Ümumi: 1099668
1099668