Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsində Azərbaycan Respublikası Dövlət Arxiv təşkilatlarının 2021-ci ildə fəaliyyəti və 2022-ci ildə qarşıda duran vəzifələrə həsr edilmiş geniş kollegiya iclası keçirilmişdir

           29 aprel 2022-ci il tarixində Milli Arxiv İdarəsində Azərbaycan Respublikası Dövlət Arxiv təşkilatlarının 2021-ci ildə fəaliyyəti və 2022-ci ildə qarşıda duran vəzifələrə həsr edilmiş geniş kollegiya iclası keçirilmişdir. İclasda Milli Arxiv idarəsi Kollegiyasının üzvləri, Milli Arxiv İdarəsinin əməkdaşları, Respublika Dövlət Arxivlərinin direktorları və müavinləri,  şöbə müdirləri, Dövlət Arxivi filiallarının və Rayon Dövlət Arxivlərinin rəhbərləri iştirak edirdilər.

            İclasdan öncə iştirakçılar 2022-ci ilin “Şuşa ili” elan edilməsi ilə əlaqədar Dövlət-Kino-Foto Sənədləri Arxivində mühafizə edilən fotosənədlər əsasında hazırlanmış  “Şuşa-270 il” adlı sənədlər sərgisi ilə tanış oldular.

            İclas  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi zamanı qəhrəmancasına həlak olan əziz Şəhidlərimizin xatirəsinin anılması və bir dəqiqəlik sükutla ilə öz işinə başladı. Giriş nitqi ilə çıxış edən Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov Qarabağda aparılan quruculuq işlərinə arxiv işçilərinin verdiyi töhfəni qeyd etdi.  Natiq Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 fevral tarixli “Azərbaycanda arxiv işinin inkişafına dair 2020-2025-ci illərə dair  Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamının icrası haqqında məlumat verərək bildirdi ki, bu Sərəncam  dövlət arxivlərinin maddi-texniki bazasının, arxivçilərin isə sosial təminatının daha da yaxşılaşdırılması istiqamətində göstərilən dövlət qayğısının bariz nümunəsidir.

            “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 7 aprel tarixli tarixli  Fərmanının tələblərinə əsasən dövlət arxivlərində mühafizə edilən qaytanlanmış torpaq kitablarının rəqəmsallaşdırılaraq Milli Arxiv İdarəsinin Elektron Arxiv Sisteminə (EAS) yerləşdirilməsinin icrası zamanı arxivçilərin üzərinə düşən məsuliyyət və sözügedən işlərin vaxtında və yüksək keyfiyyətlə icra edilməsinin həyata keçirilməsi məqsədilə İdarə tərəfindən hazırlanmış tədbirlər planı haqqında məlumat verildi.

            Daha sonra İdarənin rəis müavini Həsən Həsənov Azərbaycan Respublikası Dövlət Arxiv təşkilatlarının 2021-ci ildə fəaliyyətini əks etdirən geniş məruzə ilə çıxış etdi. Məruzədə  2021-ci  ildə  respublika arxiv təşkilatlarının fəaliyyətinin sahə qanunvericilk aktlarından, qanun və fərmanlardan, ali hakimiyyət və icra orqanlarının tapşırıqlarından irəli gələn vəzifələrin həyata keçirilməsinə yönəlik olduğu qeyd edildi. Əlavə olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Milli Arxiv İdarəsinin birgə əməkdaşlığı sayəsində DOST İş Mərkəzləri tərəfindən sənədləri dəyişən tərkibli rayon (şəhər) dövlət arxivlərinə hər birinə iki əməkdaş olmaqla işçinin ayrılması haqqında ətraflı məlumat iclas iştirakçılarının nəzərinə çatdırıldı.

            Natiq hesabat ilində arxiv işinin təşkili, arxivlərin komplektləşdirilməsi, uçot və mühafizə, sənədlərdən istifadə, arxiv sənədlərinin rəqəmsallaşdırılması, elektron daşıyıcılara köçürülməsi və dövlət arxivlərində elektron xidmətlərin təşkili, həmçinin arxiv işi sahəsində beynəlxalq əlaqələr, arxivçi kadrların hazırlanması, mövcud kadrların ixtisasının artırılması və digər sahələrdə əldə edilən nəticələr barədə geniş məlumat verdi. 

            Məruzə ətrafında çıxış edən Naxçıvan MR Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov, Dövlət Səs Yazıları Arxivinin direktoru Xalidə Fərəculayeva, Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Könül Nəsibova, Dövlət Arxivi Gəncə filialının direktoru Eleonora Süleymanova, Dövlət Arxivi Göyçay filialının direktoru Əflatun Beydullayev, Dövlət Arxivi Şəmkir filialının direktoru Elşən Quliyev, Masallı Rayon Dövlət Arxivinin müdiri Daşqın Nəzərov, Ağsu Rayon Dövlət Arxivinin müdiri Şakir Karmukov, Kəlbəcər Rayon Dövlət Arxivinin müdiri İbrahim Sadiqov, Milli Arxiv İdarəsi yanında İdarə Sənədlərini Qaydaya Salan Mərkəzin direktoru Sevinc Tahirova  2021-ci ildə arxiv işi sahəsində görülmüş işlər, mövcud problemlər və onların həlli istiqamətində təklif və fikirlərini bildirdilər.

            Yekunda çıxış edən Ə.Rəsulov qarşıda duran əsas vəzifələr haqqında danışarkən “Azərbaycanda arxiv işinin inkişafına dair 2020-2025-ci illərə dair  Tədbirlər Planı”nında, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 7 aprel tarixli Fərmanının tələblərinə əsasən dövlət arxivlərində mühafizə edilən qaytanlanmış torpaq kitablarının rəqəmsallaşdırılaraq Milli Arxiv İdarəsinin Elektron Arxiv Sisteminə (EAS) yerləşdirilməsinin icrası üzrə nəzərdə tutulmuş işlərin görülməsi zamanı arxiv işçilərinin üzərinə düşən məsuliyyət, həmçinin arxiv sənədlərinin etibarlı mühafizəsi və geniş istifadəsinin təmin edilməsini, Respublikada arxiv işi sahəsində qanunvericilik bazasının və idarəetmənin təkmilləşdirilməsini, arxiv xidməti təşkilatlarının müasir texnoloji tərəqqinin nailiyyətləri tətbiq olunmaqla dövrün tələblərinə uyğun modernləşdirilməsini, dövlət arxiv fondu sənədlərinin rəqəmsallaşdırılmasınının sürətləndirilməsini, elektron xidmətlərin sahəsinin genişləndirilməsini vacib sahələr kimi qeyd edərək, bu istiqamətlərdə dövlət arxiv xidməti əməkdaşlarına uğurlar arzuladı.  

 

            Sonda Kollegiya iclasının yekun Qərarı qəbul edildi.

 

 


Bugün: 191
Dünən: 987
Bu həftə: 4455
Son həftə: 4759
Bu Ay: 14286
Son Ay: 20754
Bu İl: 79587
Ümumi: 1100008
1100008