Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsində “Elektron hökümət” konsepsiyası çərçivəsində elektron arxiv xidmətlərinin təşkili və onların əhəmiyyəti” mövzusunda vebinar keçirilmişdir

     12 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində “Elektron hökümət” konsepsiyası çərçivəsində elektron arxiv xidmətlərinin təşkili və onların əhəmiyyəti”  mövzusunda vebinar keçirilmişdir. Vebinarda İdarə rəisinin müavini Həsən Həsənov, İdarənin Sənədlərin nəşri və istifadəsi şöbəsinin müdiri, İnformasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri  Natiq Eminov, dövlət arxivləri və dövlət arxivi filiallarının direktorları, direktor müavinləri, müvafiq sahəyə məsul olan əməkdaşlar iştirak etmişdirlər.

       Tədbiri giriş sözü ilə İdarənin rəis müavini Həsən Həsənov açaraq ilk növbədə arxivçiləri 12 Noyabr Konstitusiya Günü münasibətilə təbrik etmiş, daha sonra mövzunun aktuallığı barədə vebinar iştirakçılarına məlumat vermişdir. 

       Vebinar İdarənin şöbə müdiri Natiq Eminovun məruzəsi ətrafında davam etdirilmişdir. Milli Arxiv İdarəsinin Elektron Arxiv sistemi (EAS),  Elektron Arxiv Məlumat Sistemi (EAMS), Elektron Hesabatlar Sistemi (EHS), Elektron Sənəd Dövriyyəsi Sistemi (ESDS), Elektron Hökümət Portalında mövcud olan arxiv xidmətləri  sahəsində görülmüş işlər, mövcud problemlər və onların həlli yolları barədə vebinar iştirakçılarına məlumat verilmişdir. 

            Daha sonra məruzə ətrafında fikir mübadiləsi aparılmışdır. 

 


Bugün: 925
Dünən: 835
Bu həftə: 4202
Son həftə: 4759
Bu Ay: 14033
Son Ay: 20754
Bu İl: 79334
Ümumi: 1099755
1099755