Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsində növbəti vebinar keçirilmişdir

24 iyun 2021-ci ildə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində “Arxivlər, fondlar və saxlama vahidi daxilində sənədlərin təşkili, fond mənsubiyyətinin müəyyən edilməsi, saxlama vahidlərinin tərtibi və təsviri qaydaları” mövzusunda vebinar keçirilmişdir. Vebinarda İdarə rəisinin müavini Həsən Həsənov, şöbə müdirləri Cəmilə Abasova və Cəmaləddin Cavadov, dövlət arxivlərinin müvafiq sahəyə məsul olan əməkdaşları iştirak etmişlər.

Tədbiri giriş sözü ilə İdarənin rəis müavini Həsən Həsənov açaraq, sənədlərin fond və saxlama vahidi daxilində təşkilinə, fond mənsubiyyətinin müəyyən edilməsinə, saxlama vahidlərinin tərtib və təsvirinə qoyulan tələblər barədə vebinar iştirakçılarına məlumat vermişdir.

Daha sonra vebinar İdarənin şöbə müdiri Cəmaləddin Cavadovun məruzəsi ətrafında davam etdirilmiş, bu sahədə görülmüş işlər, mövcud problemlər və onların həlli yolları barədə vebinar iştirakçılarının iştirakı ilə fikir mübadiləsi aparılmışdır.

 

 

 


Bugün: 243
Dünən: 1440
Bu həftə: 243
Son həftə: 14312
Bu Ay: 38060
Son Ay: 55392
Bu İl: 190099
Ümumi: 1884024
1884024