Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsində “Şuşa İli”nə və 8 Noyabr Zəfər Gününə həsr olunmuş tədbir keçirilmişdir

26 oktyabr 2022-ci il tarixində keçirilən tədbirdə İdarənin rəhbərliyi və əməkdaşları, Respublika Dövlət Arxivlərinin və Dövlət Arxivi filiallarının direktorları və rayon dövlət arxivlərinin müdirləri iştirak etmişdirlər. Ənənəvi şəkildə və onlayn formatda keçirilən tədbirdən öncə iştirakçılar Respublika Dövlət Arxivlərində mühafizə edilən və Şuşaya aid olan arxiv sənədlərinin sərgisi ilə tanış olmuşdurlar.

Vətən Müharibəsi Şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra tədbiri giriş sözü ilə açıq elan edən İdarənin rəisi Əsgər Rəsulov Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin mədəniyyət paytaxtımız olan qədim Şuşa şəhərinin işğaldan azad olunmasının əhəmiyyətindən danışmışdır.  Şuşa şəhərinin Azərbaycan xalqı üçün dəyərini ifadə edən tarixi faktları tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Əsgər Rəsulov qələbədən sonra Qarabağ və Şərqi Zəngəzurda başlanan genişmiqyaslı tikinti-bərpa-quruculuq işlərinin aparılmasını və bu sahədə arxiv sənədlərindən istifadənin mühüm rolunu diqqətə çatdırmışdır.  

Daha sonra çıxış edənlər -  Dövlət Tarix Arxivinin direktoru Aslan Qasımlı, Dövlət Səs Yazıları Arxivinin direktoru Xalidə Fərəcullayeva, Dövlət Arxivinin direktor müavini Səyyarə Hacıyeva, Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin şöbə müdiri Cavid Məmmədli, Dövlət Elm və Texnika Sənədləri Arxivinin aparıcı arxivçisi Zinyət Vəliyeva təmsil etdikləri arxivlərdə mühafizə edilən və Şuşa şəhərinə aid olan arxiv sənədləri haqqında geniş məlumat vermişdirlər.

           Tədbirin sonunda mövzu ətrafında sərbəst müzakirələr aparılmışdır. 

 

 

 


Bugün: 1183
Dünən: 1440
Bu həftə: 1183
Son həftə: 14312
Bu Ay: 39000
Son Ay: 55392
Bu İl: 191039
Ümumi: 1884964
1884964