Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsinin baş məsləhətçisi R.Səfərovun AXC dövrünün tanınmış diplomatı Məmməd Xan Təkinski haqqında hazırladığı məqalə mətbuatda dərc olunmuşdur.

Milli  Arxiv  İdarəsinin  baş  məsləhətçisi  Rafiq  Səfərovun  “Azərbaycan Xalq Cümhuriyyətinin  Ermənistandakı diplomatik nümayəndəsi – Məmməd Xan Təkinski: O, milli mənafeli fəal diplomatik mövqeyinə görə, daşnakların təzyiqinə məruz qalıb” adlı məqaləsi “Kaspi” qəzetinin 29 noyabr 2018-ci il 204 (3577), 30 noyabr 2018-ci il tarixli 205 (3578) №li  buraxılışlarında  və “Kaspi”.az saytında dərc  edilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimi  və tanınmış diplomatı  Məmməd Xan Təkinskinin Ermənistanda və Cümhuriyyətin  Xarici İşlər Nazirliyində diplomatik fəaliyyətindən bəhs edilən məqalə arxiv sənəd və materialları əsasında hazırlanmışdır.

            Məqalənin tam mətni ilə BURADAN tanış ola bilərsiniz.


Bugün: 84
Dünən: 1012
Bu həftə: 84
Son həftə: 7197
Bu Ay: 26697
Son Ay: 26944
Bu İl: 100862
Ümumi: 1413446
1413446