Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsinin baş məsləhətçisi Rafiq Səfərovun Azərbaycanın ilk pedaqoq qadınlarından olan Səhra xanım Zeynalovaya həsr edilmiş məqaləsi mətbuatda dərc olunmuşdur

İdarənin Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsinin baş məsləhətçisi Rafiq Səfərovun "Solmuş arxiv qovluqlarında  yaşayan ömür. İlk qadın pedaqoqlardan Səhra xanım Zeynalovanın fəaliyyəti öyrənilməlidir" adlı məqaləsi “Şərq” qəzetinin 14 aprel 2023-cü il tarixli, №64 (5825) saylı buraxılışında dərc edilmişdir.

Müəllifin arxiv sənəd və materialları əsasında hazırladığı bu məqalədə qeyd edilir ki, Azərbaycanda qadın təhsilinin əsasının qoyulmasında və onun inkişaf etdirilməsində, müsəlman qadınların məktəbə cəlb edilməsində müəyyən rolu və xidmətləri olmuş bir sıra tanınmış qadın pedaqoqların, o cümlədən Nigar xanım Vəlibəyova, Mina xanım Aslanova, Məryəm xanım Sulkeviç, Gülbahar  xanım Axriyeva, Məleykə xanım Hacıbəyova (Terequlova), Rəhilə xanım Hacıbababəyova (Terequlova), Zəhra xanım Ağayeva, Səhra xanım Zeynaliva-Rzabəyova və  digər  qadın pedaqoqların  həyat və fəaliyyətləri təəssüflər olsun ki, indiyə qədər kifayət qədər öyrənilməmiş, ensiklopediyalarda və digər kütləvi nəşrlərdə dərc edilərək  geniş oxucu kütlələrinə  çatdırılmamışdır.

Belə qadın pedaqoqlarımızdan biri də Balaxanı qadın ibtidai məktəbinin və H.Z. Tağıyevin fabrikinin nəzdində fəaliyyət göstərmiş məktəbin  müəlliməsi Səhra xanım Zeynalovadır.

           Məqalə ilə BURADAN və ya adıçəkilən qəzetin onlayn versiyasından (səh.7)  tanış ola bilərsiniz.

 

 

 


Bugün: 386
Dünən: 881
Bu həftə: 2979
Son həftə: 5867
Bu Ay: 18677
Son Ay: 20754
Bu İl: 83978
Ümumi: 1104399
1104399