Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsinin Sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi R. Səfərovun “Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Qarabağda həyata keçirdiyi tədbirlərdən bəzi nümunələr” adlı məqaləsi dərc olunmuşdur

         “Azərbaycan” qəzetinin 18 dekabr 2022-ci il tarixli, 277 (9156) nömrəli buraxılışında Milli Arxiv İdarəsinin Sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi Rafiq Səfərovun “Azərbaycan  Xalq  Cümhuriyyəti hökumətinin Qarabağda  həyata keçirdiyi tədbirlərdən bəzi nümunələr” adlı məqaləsi dərc edilmişdir. Arxiv  sənədləri və materialları  əsasında yazılan məqalədə qeyd edilir ki, Qarabağ Azərbaycan xalqının tarixi beşiyi, əzəli və əbədi torpağıdır. Qarabağ - daim Azərbaycan  hökumətinin qayğısı və diqqəti altında inkişaf etmiş və bu inkişaf  bu  gün  də davam etməkdədir.  Hazırkı  dövrdə millətçi-erməni daşnak qüvvələrinin" xalqların  öz  müqəddəratını  təyin etmək" şüarları altında Azərbaycan Respublikasının ərazisini parçalamaq cəhdləri erməni daşnakları  tərəfindən yürüdülən köhnə  və perspektivi  olmayan  fəlakətli siyasətin davamıdır.  Bu  yol -  bütün cənubi Qafqaz  bölgəsində  sülhün  bərqərarına  qarşı  yönəlmiş  aqressiv və  ilk  növbədə  ermənilərilərin  özlərini  fəlakətə  döğru aparan yoldur ki, buna qarşı da Azərbaycan  xalqı və dövləti uğurla mübarizə aparmaqdadır. 

Məqalə ilə BURADAN tanış ola bilərsiniz. Çap versiya (səh: 10)

 

 

 

 

 


Bugün: 717
Dünən: 890
Bu həftə: 2429
Son həftə: 5867
Bu Ay: 18127
Son Ay: 20754
Bu İl: 83428
Ümumi: 1103849
1103849