Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Naftalan Rayon Dövlət Arxivinə könüllü gənclərin ekskursiyası təşkil olunmuşdur

         Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Naftalan rayon Dövlət Arxivinin 2023 - cü ilin İş planına uyğun olaraq  arxivin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Naftalan rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə könüllü gənclərin “Təcrübə üçün səfər et” adı altında arxivə ekskursiyası təşkil  olunmuşdur.

         14 mart 2023-cü il tarixində adıçəkilən Mərkəzin Naftalan rayon nümayəndəliyinin əməkdaşı  Aytən Bədəlovanın və könüllü gənclərin iştirakı ilə keçirilmiş ekskursiya zamanı Naftalan Rayon Dövlət Arxivinin müdiri Elşən Məmmədzadə arxivin əsas fəaliyyət istiqamətləri, həmçinin sənədlərin dövlət  arxivlərinə qəbulu, mühafizəsi, uçotu, istifadəsi,  rəqəmsallaşdırılması haqqında ətraflı məlumat vermişdir.

            Daha sonra gənclər əyani olaraq arxivin mühafizəxanaları ilə tanış olmuş, onları maraqlandıran suallar cavablandırılmışdır. 

 

 


Bugün: 693
Dünən: 938
Bu həftə: 4759
Son həftə: 5906
Bu Ay: 21937
Son Ay: 23925
Bu İl: 159951
Ümumi: 1180372
1180372