Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Qazaxıstan Respublikasının Mərkəzi Dövlət Elm və Texnika Sənədləri Arxivinin nümayəndə heyəti Milli Arxiv İdarəsində və Respublika Dövlət Arxivlərində olmuşdur

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında bağlanmış 3 aprel 2017-ci il tarixli “Arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş"ə əsasən 10 avqust 2022-ci il tarixində Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi tabeliyində Arxiv İşi və Sənədlərin İdarə edilməsi Departamentinin Mərkəzi Dövlət Elm və Texnika Sənədləri Arxivinin direktoru Bayan Jumatayevanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində olmuşdur.

Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulovla keçirilən görüş zamanı Azərbaycan Respublikasının Dövlət Arxivləri ilə Qazaxıstan Respublikasının Dövlət Arxivləri arasında əməkdaşlıq perspektivləri, birgə layihələrin reallaşdırılması, təcrübə mübadiləsi məsələləri müzakirə olunmuşdur. Azərbaycan arxivləri ilə əlaqələrin qurulması, təcrübə mübadiləsi məsələlərinin həllinin hər iki ölkənin arxiv təşkilatlarının gələcək fəaliyyətinə müsbət təsir edəcəyini bildirən qonaqlar əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd etmişdirlər.

        Daha sonra qonaqlar Respublika Dövlət Arxivlərində sənədlərin mühafizə şəraiti ilə, həmçinin  Qazaxıstan Respublikasının tarixi, siyasi-iqtisadi və mədəni həyatına aid olan sənədlərlə tanış olmuşdurlar.  

 


Bugün: 456
Dünən: 859
Bu həftə: 3363
Son həftə: 4358
Bu Ay: 19493
Son Ay: 22161
Bu İl: 64040
Ümumi: 1084461
1084461