Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Qazaxıstan Respublikasının Mərkəzi Dövlət Kino-Foto Sənədlər və Səs Yazıları Arxivinin nümayəndə heyəti Milli Arxiv İdarəsində və Respublika Dövlət Arxivlərində olmuşdur

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında bağlanmış 3 aprel 2017-ci il tarixli “Arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş", o cümlədən “Arxiv-2025” layihəsi çərçivəsində  14 noyabr 2022-ci il tarixində Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi tabeliyində Arxiv İşi və Sənədlərin İdarə edilməsi Departamentinin Mərkəzi Dövlət Kino-Foto Sənədlər və Səs Yazıları Arxivinin nümayəndə heyəti Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində olmuşdur.

Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulovla keçirilən görüş zamanı Azərbaycan Respublikasının Dövlət Arxivləri ilə Qazaxıstan Respublikasının Dövlət Arxivləri arasında əməkdaşlıq perspektivləri, birgə layihələrin reallaşdırılması, təcrübə mübadiləsi məsələləri müzakirə olunmuşdur. Azərbaycan arxivləri ilə əlaqələrin qurulması, təcrübə mübadiləsi məsələlərinin həllinin hər iki ölkənin arxiv təşkilatlarının gələcək fəaliyyətinə müsbət təsir edəcəyini bildirən qonaqlar əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd etmişdirlər.

       Daha sonra qonaqlar Respublika Dövlət Arxivlərində sənədlərin mühafizə şəraiti ilə, həmçinin  Qazaxıstan Respublikasının tarixi, siyasi-iqtisadi və mədəni həyatına aid olan sənədlərlə tanış olmuşdurlar. 


DİGƏR XƏBƏRLƏR



Bugün: 791
Dünən: 849
Bu həftə: 4269
Son həftə: 4181
Bu Ay: 2550
Son Ay: 20677
Bu İl: 23227
Ümumi: 932400
932400