Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində şair, publisist Ülkər Atəş ilə görüş keçirilmişdir

Ülkər Atəş 1963-cü ildə Gədəbəy rayonunda ziyalı ailəsində doğulmuşdur. Orta təhsilini Bakıda gözdən əlillər üçün məktəbdə almışdır. Orta təhsilini başa vurduqdan sonra öncə Bakı Mədəni-Maarif Texnikumunu daha sonra Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdir.

Ədəbi və publisistik fəaliyyəti ilə bağlı bir çox fəxri mükafatlarla təltif olunmuşdur. Ülkər Atəş 10-a yaxın kitabın müəllifidir.

Xanım şairin arxivçilərlə görüşü zamanı ilk olaraq onun S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə şəxsən təqdim etdiyi sənədlərdən, Arxivdə təşkil olunmuş şəxsi fondundan (829 nömrəli fond, 23 sax.vah.) söhbət açılmışdır. Daha sonra şair şeirlərindən parçalar söyləmiş, həyat və yaradıcılığı ilə bağlı xatirələrini danışmışdır.

 

Görüşdə Milli Arxiv İdarəsinin Təşkilat-metodika və beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə Abasova, şöbənin əməkdaşları Gülnar Təhməzli, Gültən Eminova, S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Könül Nəsibova və arxivin kollektivi iştirak etmişdir. 

 

 

 


Bugün: 238
Dünən: 723
Bu həftə: 1665
Son həftə: 4000
Bu Ay: 2254
Son Ay: 15090
Bu İl: 44299
Ümumi: 956688
956688