Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş stolüstü oyunların qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il  29 sentyabr tarixli, 3494 nömrəli Sərəncamının icrası ilə əlaqədar Milli Arxiv İdarəsi tərəfindən təsdiq edilmiş müvafiq “Tədbirlər Planı”na uyğun olaraq silsilə xarakterli tədbirlərin həyta keçirilməsi davam etdirilir.

Tədbirlər Planına uyğun olaraq Milli Arxiv İdarəsinin və Milli Arxiv İdarəsi Həmkarlar İttifaqının təşkilatçılığı ilə stoüstü oyunlar keçirilmiş, şahmat və dama üzrə keçirilən oyunlarda müxtəlif yaş qruplarında olan iştirakçılar yarışmışdırlar. Belə ki, İdarə aparatında və Dövlət Arxivlərində çalışan əməkdaşlar və onların kiçikyaşlı övladları yarışlarda iştirak etmişdirlər.

12 may 2023-cü il tarixində sözügedən yarışların qaliblərinin mükafatlandırılması üzrə tədbir keçirilmişdir. Tədbirdə ilk olaraq Ulu Öndərin və Vətən uğrunda canından keçən Şəhidlərimizin xatirəsinin bir dəqiqəlik anılması üçün sükut elan olundu.

Milli Arxiv İdarəsinin rəisi  Əsgər Rəsulov tədbiri açıq elan edərək keçirilən idman yarışı haqqında iştirakçılara məlumat vermiş, Ulu Öndər Heydər Əliyevin gənc nəslin sağlam yetişməsi üçün idman və bədən tərbiyəsinə göstərdiyi qayğını qeyd etmişdir.

           Daha sonra qaliblərin mükafatlandırılma mərasimi keçirlmişdir. 

 


Bugün: 166
Dünən: 1678
Bu həftə: 1844
Son həftə: 14312
Bu Ay: 39661
Son Ay: 55392
Bu İl: 191700
Ümumi: 1885625
1885625