Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

UNESCO-nun “Dünya yaddaşı” adlı proqramı çərçivəsində regional əməkdaşlığı inkişaf etdirmək məqsədilə İİCAS tərəfindən “İpək yolunun sənəd irsi” adlı vebinar təşkil olunmuşdur.

Bu il UNESCO-nun “Dünya yaddaşı” adlı proqramının yaradılmasının 30 illiyi qeyd edilir. Proqramın əsas məqsədi ümumdünya sənəd irsinin qorunmasıdır. Proqram çərçivəsində regional əməkdaşlığı inkişaf etdirmək məqsədilə 5 iyul 2022-ci ildə  İİCAS tərəfindən “İpək yolunun sənəd irsi” adlı vebinar təşkil olunmuşdur. Vebinarda UNESCO, “Dünya yaddaşı” proqramının Asiya-Sakit okean komitəsi və İİCAS tərəfindən ekspertlər çıxış etmişdir.

Milli Arxiv İdarəsi tərəfindən vebinarda Təşkilat-metodika və beynəlxalq əlaqələr şöbəsi, beynəlxalq əlaqələr sektorunun müdiri Günel Ağayarova iştirak etmişdir.

Xatırladaq ki, UNESCO-nun “İpək yolunun kompeksli tədqiqatı – dialoq yolları” adlı  layihəsi çərçivəsində 1995-ci ildə Səmərkənd şəhərində (Özbəkistan) Mərkəzi Asiya tədqiqatları üzrə Beynəlxalq İnstitut (İİCAS) yaradılmışdır. Azərbaycan, Çin, Hindistan, İran, Qazaxıstan, Koreya Respublikası, Qırğız Respublikası, Monqolustan, Pakistan, Tacikistan, Türkiyə və Özbəkistan həmin İnstitutun tamhüquqlu üzv dövlətləridir.

 


Bugün: 867
Dünən: 1440
Bu həftə: 867
Son həftə: 14312
Bu Ay: 38684
Son Ay: 55392
Bu İl: 190723
Ümumi: 1884648
1884648