Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Xalq yazıçısı Mehdi Hüseynin şəxsi mənşəli arxiv sənədləri daimi mühafizə məqsədilə Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təhvil verilmişdir

         2110 sənəddən ibarət olan arxiv Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində müvafiq qaydaların tələbinə uyğun olaraq qəbul edilmiş və arxiv qaydalarına uyğun işlənilmişdir. 355 saxlama vahidindən ibarət fondun sənədləri 1926-2009-cu illəri əhatə edir. Sənədlərin əsasını müəllifin əlyazmaları (roman və dramlar, pyes və povestlər, ssenari və kinodramlar, hekayələr, məqalələr, xatirələr, məktublar və s.), tərcümeyi-hal və digər təsviri sənədlər təşkil edir.

             Təhvil verilmiş sənədlərdən müəllifin “Səhər”, “Qara daşlar” və s. romanlarının əski əlifba ilə olan əlyazmaları, “Səhər” ədəbi ssenarisi, “Fətəli xan” kinodramı və s. ssenariləri, kiçik və böyük həcmli hekayələri, eləcə də klassik və müasir ədəbiyyatın mühüm problemlərinə dair elmi-nəzəri məqalələri diqqəti cəlb edir. M.Hüseynin görkəmli ədəbiyyat və incəsənət xadimləri -xalq şairi N.Xəzri, xalq yazıçıları İ.Əfəndiyev,  İsa Hüseynov,  S.Rəhimov, B.Vahabzadə, K.Talıbzadə,İ.Şıxlı və b., eyni zamanda xarici ölkələrdən N.Hikmət, Matilda Yufit, K.Sinqh və b.  ilə yazışmaları da xüsusi maraq kəsb edir. Təsviri sənədlərə isə  M.Hüseynin C.Cabbarlı, S.Vurğun, Ə.Şərif, M.C.Paşayev, N.Xəzri, İ.Əfəndiyev, R.Rza, C.Xəndan, M.İbrahimov, S.Rüstəm, B.Vahabzadə və digərləri ilə birgə çəkilmiş fotoları misal göstərmək olar. 


Bugün: 200
Dünən: 987
Bu həftə: 4464
Son həftə: 4759
Bu Ay: 14295
Son Ay: 20754
Bu İl: 79596
Ümumi: 1100017
1100017