Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Yeni Azərbaycan Partiyası (YAP) Milli Arxiv İdarəsinin ilk ərazi təşkilatının hesabat-seçki yığıncağı keçirimişdir

         29 noyabr 2021-ci il tarixində keçirilən yığıncaqda Vətən müharibəsində Şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra İdarənin rəisi Əsgər Rəsulov iclas iştirakçılarını Zəfər Günü münasibətilə təbrik etmişdir. Qələbənin qazanılmasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət, xalq və ordu birliyinin əhəmiyyətini, YAP-ın ölkəmizin siyasi həyatında aparıcı rolunu qeyd etmişdir.

           Əsgər Rəsulov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış böyük və tarixi Qələbədən sonra ölkəmizdə və regionda yeni reallıqların yarandığını bildirmişdir. Natiq azad edilmiş torpaqlara böyük qayıdışın  təmin edilməsi üçün görülən işlərdə arxiv sənədlərinin rolunu qeyd edərək respublika arxivçilərinin bu istiqamətdə göstərdiyi fəaliyyəti xüsusi vurğulamışdır.

         Binəqədi rayon YAP ərazi təşkilatının əməkdaşı Səbinə Zeynalova yığıncaqda çıxış edərək rayon təşkilatının ümumi fəaliyyətində YAP üzvü olan arxivçilərin oynadığı rol haqqında danışmışdır. 

         Milli Arxiv İdarəsinin ilk ərazi təşkilatının sədri Yeganə Cabbarlının Yeni Azərbaycan Partiyasının VI qurultayından sonra ərazi partiya təşkilatının fəaliyyəti haqqında hesabat məruzəsi dinlənilmiş, təşkilati məsələlərə baxılmışdır. Partiya üzvlərinin səsverməsi ilə Yeganə Cabbarlı yenidən Milli Arxiv İdarəsinin ilk ərazi təşkilatının sədri, Cəmaləddin Cavadov isə sədrin müavini seçilmişdir. 

 

 

 

 


Bugün: 225
Dünən: 658
Bu həftə: 883
Son həftə: 4913
Bu Ay: 12655
Son Ay: 22161
Bu İl: 57202
Ümumi: 1077623
1077623