Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT KİNO-FOTO SƏNƏDLƏRİ ARXİVİ

Son Yenilənmə : 2024-01-31 08:34:05
Baxış sayı : 7635

 ƏLAQƏ

 

  • Ünvan:                                  AZ1106,  Bakı şəh., Z.Bünyadov pr., 3
  • Telefon:                                (+99412) 562 95 57
  • E-poçt:                                  ardkfsa@milliarxiv.gov.az
  • Qəbul günləri:                      Həftənin 1, 3, 5- ci günləri,                                         
  •                                               Saat 10:00 –dan 17:00 -  dək
  • Fasilə:                                   Saat 13:00 - dan 14:00 – dək

 

RƏHBƏRLİK

 

  • Arxivin direktoru                 TAPDIQLI VÜQAR İSA OĞLU
  • Telefon:                                 (+99412) 562 95 27
  • Arxivin direktor müavini      ƏLİZADƏ ŞAMXAL İLHAM OĞLU
  • Telefon:                                 (+99412) 562 96 71

 

ARDKFSA - nin qısa tarixi

Arxivdə 20.632 kino sənəd, 342.346 foto sənəd mühafizə edilir. 

 

      1930-cu il aprelin 19-da yaradılan Mərkəzi Dövlət Oktyabr İnqilabı arxivinin fotosənədlər şöbəsi 1943-cü ildə Azərbaycan SSR Mərkəzi Dövlət Kinofotofono sənədləri arxivi kimi ayrıca fəaliyyət göstərməyə başlamışdır.

     1968-ci ilin aprelində Mərkəzi Dövlət Səs Yazıları Arxivinin yaradılması ilə əlaqədar fono sənədlər həmin arxivə verilmiş, arxivin adı dəyişdirilərək, Azərbaycan SSR Mərkəzi Dövlət Kino-foto Sənədləri Arxivi, 1994-cü ildən isə Azərbaycan Respublikası Dövlət Kino-foto Sənədləri Arxivi (ARDKFSA) adlandırılmışdır.

    Hazırda Azərbaycan Respublikası Dövlət Kino-foto Sənədləri Arxivi dövlət əhəmiyyətli Milli arxiv fonduna daxil olan kino-foto sənədlərinin arxivlərdə daimi mühafizə edilən kino-foto sənədləri ilə iş üzrə elmi-metodik mərkəzdir.

    ARDKFSA-nın tərkibinə Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında baş vermiş hadisələri əks etdirən dövlət idarə və təşkilatlarının (C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası, “Azərbaycantelefilm” yaradıcılıq birliyi, Azərbaycan Dövlət Teleradio Şirkəti, respublika redaksiyaları, şəhər qəzetləri) fəaliyyəti nəticəsində yaradılmış Milli arxiv fondunun kino və foto sənədləri görkəmli dövlət, ictimai, elm və mədəniyyət xadimlərinin, Azərbaycanın inqilabi-demokratik hərəkatının, II dünya müharibəsi, Əfqanıstan, Qarabağ müharibələri iştirakçılarının şəxsi kino-foto sənədləri daxildir.

     Bakının tarixinə, şəhərin ümumi görünüşünə, ayrı-ayrı binalara, küçələrə (1861-1895-ci illər), inqilaba qədərki (1879-1917-ci illər) neft sənayesinin inkişaf tarixinə, neftin çıxarılması üsullarına, neft emal edən zavodlara, mədənlərdəki yanğınlara aid fotoşəkillər ən ilkin sənədlərdəndir.

     Neft istehsalının inkişafı haqqındakı sənədlərin əksəriyyəti Bakı şəhərində Nobel qardaşları şirkətinin fəaliyyəti barədədir. Həmin sənədlərə şirkətin təsisçilərinin, şirkətə məxsus zavod, mədən əməkdaşlarının portretləri, neftin daşınması üçün dəmir yol nəqliyyatı vasitələri fəhlələrin yaşayışını özündə əks etdirən fotoşəkillər aiddir.

   Foto sənədlərin bir hissəsində isə Azərbaycanda milli burjuaziyanın yaradılması və inkişafı əks etdirilir. Həmin sənədlər arasında neft sahibkarları, Bakı milyonçusu H.Z.Tağıyevin evlərinin, Mərdəkandakı bağının, onun vəsaiti ilə tikilmiş teatrın, məktəblərin, dəyirmanın, öz ailəsi ilə, Bakı milyonçuları ilə birlikdə, o cümlədən Ş.Əsədullayevlə, M.Muxtarovla, A.Nağıyevlə, A.Aşurbəyovla fərdi fotoları var.

   Arxivə daxil olan sənədlər sırasında B.Qaibov, N.Əlibəyov, M.Mirqasımov, S.S.Axundov, Ə.Hüseynzadə kimi mühəndis, tacir, mülkədar, gəlirli mülk sahiblərinin fotolarını misal göstərmək olar. Bunların çox hissəsini Hacınskilər, Səfərəliyevlər, Talışxanovlar, Əlibəyovlar və başqa sülalələrin nümayəndələrinin fotoları təşkil edir.

    Bakıda Əjdər bəy, Bibi-Heybət, N.Rzayevanın vəsaiti hesabına tikilən Təzə Pir məscidi, kirxa, katolik kilsəsi kimi dini ocaqlar haqqındakı foto və kino sənədləri də maraqlıdır. Bibi-heybət məscidinin sökülməsini əks etdirən kinoxronikadakı kadrlar, Aleksandr-Nevski kilsəsinin sökülməsini təsvir edən fotolar nadir sənədlərdir.

    Son illər arxivə daxil olan Rusiya Dövlət Dumasının azərbaycanlı deputatlarından M.Topçubaşov, İ.Ziyadxanov, A.Muradxanov, X.Xasməmmədov, M.Şahtaxtinski, Z.Zeynalov və başqalarının, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə aid (1918-1920-ci illər), Cümhuriyyət Milli Şurasının sədri M.Ə.Rəsulzadənin, Nazirlər Şurasının sədrləri F.Xoyskinin, N.Yusifbəylinin, maliyyə naziri Ə.Həsənovun, xarici işlər naziri M.N.Hacinskinin, daxili işlər naziri M.Y.Cəfərovun, parlament sədrinin müavini H.Ağayevin və başqalarının portleri var. 1918-1920-ci illərə aid sənədlərdə Nazirlər Şurasının iclasları, parlament binası, həmçinin Azərbaycan Milli Ordusunun yaradılması və inkişafı əks etdirilir. Həmin illərin sənədləri arasında generallardan S.A.Mehmandarovun, Ə.Şıxlinskinin, M.Vəkilovun, AXC ordusunun zabit və əsgərlərinin, AXC tərəfindən Fransa, Almaniya, İngiltərə, İtaliya, Türkiyə və başqa ölkələrə təhsil almağa göndərilən tələbələrin şəkilləri də arxivdə mühafizə edilir.

    Həmin dövrün bir sıra sənədlərində yanvar hadisələrindən və onun qurbanlarından, Qarabağ müharibəsindən, müharibə qəhrəmanlarından, xarici dövlətlərlə müqavilələrin imzalanmasından, H.Əliyevin Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində və Respublika Prezidenti olduğu illərdəki fəaliyyətindən danışılır.

    Arxivdə respublikanın kinomotoqrafiya tarixindən bəhs edən kino və foto sənədlərdə mühafizə edilir. Kinodramaturqlardan İ.Qasımov, Ə.Məmmədxanlı, M.Hüseyn, S.Rəhman, Q.İlkin, H.Seyidbəyli, M.Təhmasibin, rejissorlardan M.Əlili, N.Bədəlov, M.Dadaşov, Ə.İbrahimov, Z.Kazımova, Ş.Mahmudbəyov, L.Səfərov, M.Mikayılov, Q.Seyidzadə, R.Təhmasib, Ş.Şeyxov, İ.Əfəndiyevin, kinooperatorlardan A.Ələkbərov, Ə.Atakişiyev, T.Axundov, V.Zbudski, C.Məmmədov, R.Ocaqov, A.Nərimanbəyov və başqalarının portretlərini “Səbuhi”, “Arşın mal alan”, “Mahnı belə yaranır”, “O olmasın bu olsun”, “Fətəli xan”, “Nəsimi” və s. filmlərdəki yaradıcılıq işləri sənədlərdə əks etdirilmişdir.

     “Suriya ilə görüş”, “Monrealda Azərbaycan görüşləri”, “Xalqlar dostluğu”, “Qardaşlaşmış şəhərlər”, “Salam Əlcəzair”, “Dostluq telləri”, “Həmrəylik məşəli” kino oçerklərində Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsindən bəhs edilir. Arxivdə ikinci dünya müharibəsi veteranlarının, Lenin və Dövlət mükafatları laureatlarının, ədəbiyyat və incəsənət xadimlərindən M.Qaşqayın, Ə.Yaqubovun, Ə.Əlizadənin, M.Dalinin, M.Qəhrəmanzadənin, M.Dadaşovun, M.Babayevin, C.Novruzun, Q.Qarayevin,    E.Qulubəyovun şəxsi fondlarında on minlərlə fotosənədlər mühafizə edilir.

     ARDKFSA-də fotolaboratoriya da fəaliyyət göstərir. Fotolaboratoriya fotosənədlərin surətlərini çıxarır, xüsusi əhəmiyyətli və unikal sənədlərdən neqativ-reproduksiyalar hazırlayır, onların sığorta fondunu yaradır, fotosənədlərdə olan zədələri vaxtında araşdırır, onların profilaktika və bərpasını təşkil edir.



Bugün: 747
Dünən: 988
Bu həftə: 4328
Son həftə: 5867
Bu Ay: 20026
Son Ay: 20754
Bu İl: 85327
Ümumi: 1105748
1105748