Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Bir səsin faciəsi və ya Mirzə Güllər xanım kimdir ?

Son Yenilənmə : 2018-04-03 02:53:06
Baxış sayı : 4184

                           

        Sənət  həmişə   yaşayır .  İstər  kağızda , çini  qabda , mis  üzərində , istərsə    insanların  yaddaşında . Sənət  dözümlü  olur.  Zamanın  çovğununa , tufanına  sinə  gərərək  yaşayır .

        Qədim  dövrlərdə  insanların  yaratdığı  tarixi  abidələr – qayaüstü  rəsmlər , papirus  perqament    daş  üzərində  olan  kitablar  bu  günə  qədər  yaşamaqdadır .   Bu  tarixi  abidələri  qoruyub  saxlamağa  çalışan  insanlar  öz  canlı  səslərinin  saxlanılması  haqqında  uzun  müddət  heç  fikirləşməmiş    yaxud  bunu  qeyri  mümkün  hesab  etmişlər .

         Bəli , o  vaxt  desəydilər  ki , səsi    saxlamaq  olar , onları  heyrət  bürüməzdimi ?

         Müasir  dövrümüzdə  isə  səs yazılarından  geniş  surətdə    hərtərəfli  istifadə  edilir ,  hətta  onları  tarixi  bir  sənəd  kimi  qoruyub  saxlayan  yeni - yeni  təşkilatlar  meydana  gəlir .  Azərbaycan    Respub-likası  Dövlət  Səs Yazıları  Arxivi    belə  təşkilatlardandır .  Burada  respublikamızın  siyasi , iqtisadi , tarixi    mədəni  həyatını  əks  etdirən  minlərlə  müxtəlif  səpgili  fono sənədlər  içərisində  əsrimizin  əvvəllərində  fəaliyyət  göstərmiş  xanəndələrin  səsləri  yazılmış  qrammafon  valları  müstəsna  əhəmiyyətə  malikdir . Dünyanın  müxtəlif  səsyazma  cəmiy-yətləri  tərəfindən  hazırlanmış  bu  qrammofon  vallarında  Cabbar  Qaryağdıoğlu , Məşədi  Məmməd  Fərzəliyev , Keçəçi  oğlu Məhəmməd , Zabul Qasım , Seyid  Şuşinski , Musa  Cəfərov , Seygah  İslam , Məcid  Behbudov ,  Əbdülqədir  Cabbarov , Şəkili  Ələsgər ( Abdullayev ) , Məşədi  Qafar , Seyid  Mirbabayev    bir  çox  başqa  ustad  sənətkarların  səsləri  həkk  olunmuşdur . Biz  uzun  illərdən  bəri  unudulmuş  bir  çox  sənətkarların  sorağına  düşərək  onlardan  yadigar  qalan  sənət  incilərini   üzə   çıxarmışıq . Məşhur  qadın – xanəndə  Mirzə  Güllər  xanım , xanəndə  Aslan ,  Musa  Səfərov , Qasım  Abdullayev , Məşədi  Qafar  səsi  ilk  vala  yazılanlardan Əbdülqədir  Cabbarov ( Qədim bala ) , o  zamanlar  nadir  peşə  hesab  edilən  qarmonçalan  Məmmədtağı    başqaları  belə  sənətkarlardandır .   Belə  tapıntılar  mədəniyyət  tariximizin  zənginləşmə-sinə  sanballı  töhvədir . Bu  vallardan  birinə  qulaq  asırıq .  Onun  yazıldığı  vaxtdan  100  ildən  çox  keçməsinə  baxmayaraq  oradan  gələn  səs    qədər  təravətli , nə  qədər  ürəyə-yatandır . O , səsə  qulaq  asdıqca  sanki  bir  əsr  keçmişdəydik . Görəsən , o  səs  kimi  haraylayır , görəsən , hansı  karvanı  dayandırmaq  istəyir , bəlkə  səsin  sehri  ilə  bir – birinin  arxasına  düzülmüş  illəri  yolundan  saxlamağa , bu  ecazkar  səsi  dinləməyə  çağırır , bəlkə  qadın  azadlığını , sənəti  boğmağa  çalışan  adət - ənənəyə  qarşı , zəmanəsinə  qarşı  üsyankar  haraydır ?!

          Valı  oxuduruq .  Otağı  qədim  bir  mahnı  bürüyür .

        O , « Yeri  dam  üstə , yeri »  xalq  mahnısını  oxuyurdu .

          Bu  ecazkar  səs  qadın – müğənni  Mirzə  Güllər  xanımın  səsidir .

          Xəyal  bizi  uzaq  keçmişlərə  aparır ....

          İnsan  bəzən  illərin  xəsisliyindən  gileylənir , düşünür  ki , səsin  yazılması  tarixi  Zərdüştlər  vaxtından  başlasaydı ,  yadellilərə  qarşı  mübarizədə  nəğmələrin  qılıncla  birlikdə  necə  döyüşdüyünün   şahidi  olmazdıqmı ?   Məgər  « Heyratı »nın  ritmləri , qılıncların  toqquşması , dəli  kəhərlərin  ayaq  səsləri , vətənin  çagrışı  deyilmi ?....

          Görəsən  o  illirdə  hansı  sənətkarlar  yaşamışlar ....   Kim  bilir....

          Xəyaldan  ayrılırıq .  Lakin  Mirzə  Güllər  xanımın  məlahətli  səsi  hələ    qulağımızda  əks – səda  verir . Onun  taleyini  düşünürük . Düşünürük   ki ,  əgər  yaşadığı  dövrün  adət - ənənəsi  imkan  versəydi , öz  yaxın  adamlarının  hədə - qorxusu  olmasaydı , indi  o , sənət  aləmində daha  məşhur  olardı . Bəlkə    onun  adı vokal  ustalarının  adı  ilə  birlikdə  çəkilərdi .

           Onun  taleyni  düşündükcə  mənəvi  əzab    təzyiq  altında  sevimli  peşəsini çətinliklə də  olsa  davam  etdirən , elin  şadlıq  mərasimlərində  sönməz  eşq  ilə  oxuyan  bu  qadın  nəzərimizdə sənət  fədaisi , özünü oda– alova  atan  pərvanə  təki  canlanır .

           Zəmanəsinin  haqsızlığı  gənc qızı ata  evindən , doğma  yurd -  yuvasından   didərgin  salsa  da ,  onun  qəlbində  közərən  sənət  yanğısını  söndürə  bilməmişdi .  Onun  sənət  eşqi  ilə  döyünən  qəlbi  doğma  Cavad  kəndinin  dar  çərçivəsinə  sığmamışdı .  O , öz  məlahətli  səsi  ilə  hamıya  sevinc  bəxş  etmək  istəyirdi .  İstəyinə  nail  oldu  da .  Çox  keçmədən  Mirzə  Güllərin  səsi  Şirvan ,  Muğan  torpağından , Kiyev , Tiflis , Bakı , Gəncə , İrəvan  kimi  iri  şəhərlərdən  eşidildi .

           Uzun  illər  idi  ki ,  Mirzə  Güllərin  adı  unudulmuşdu . Lakin  onu  görənlərin , toyda , mağarda  oxumalarına  qulaq  asanların  qəlbində  həmişə  yaşamışdır .  Mirzə  Güllər  qəlblərdə  yaşamışdır    bir    onun  yadigarları  qrammofon  vallarında .  Yaxşı  ki , sənətsevərlər  bu  valları  qoruyub  saxlamışlar .

           Respublikada  Dövlət  Səs Yazıları  Arxivi  yaranan  gündən  onun  əməkdaşları  müntəzəm  axtarışlar  nəticəsində  bir  çox  unudulmuş   səsləri aşkar  etmişlər .

           Bu  nadir  səslərin  sorağı  respublikamızın  hər  yerindən , habelə  Gürcüstandan , Şimali  Qafqazdan , Dağıstandan    başqa  yerlərdən  gəlirdi . Mirzə  Güllər  sorağı  isə  bizi İsmayıllı  rayonunun  Lahıc  qəsəbəsinə  gətirib  çıxartdı . İlk  axtarışımız  uğurlu  oldu .  Mirzə  Güllərin  səsi  yazılmış  bir  qrammofon  valı  əldə  etdik .

           Məlumdur  ki ,  əsrimizin  əvvəllərində  Rusiyanın  bir  necə  iri  şəhərində  xarici  ölkələrin  səsyazma  cəmiyyətləri fəaliyyət  göstərirdi .  Onlar  qazanc  əldə  etmək  məqsədilə  Azərbaycan  xanəndələrini  dəvət  edir    səslərini  qrammofon  valına  yazırdılar .

           Təxminən  1913 – 1914-cü  illərdə  Kiyevdə  fəaliyyət  göstərən

« Monarx - rekord » səhmdar  cəmiyyətinin  dəvətilə  Mirzə  Güllər  xanım  oraya  gedir    bir neçə  muğam    xalq  mahnısını  qrammofon  valına  yazdırır .  Həmin  vallardan  biri  Respublika    Dövlət  Səs Yazıları  Arxi-vində  mühafizə  edilir .  Bu  vala  xanəndənin  ifasında  « Mirzə  Hüseyn  segahı »    « Yeri  dam  üstə  yeri  »  xalq  mahnısı  yazılmışdır . 

            Ömrünü  incəsənətə , musiqiyə  həsr  edən , sənəti  yüksək  ideala , əqidəyə  çevirərək  İslam  dini  ehkamlarının  hökm  sürdüyü  zamanda  böyük  cəsarət  nümunəsi  göstərən  müğənninin  keşmə - keşli  həyatı  və fəaliyyəti  istər – istəməz  adamı  düşündürür , qadın  nəğməkarın  fəda-karlığına  heyran  qalırsan ...

           Mirzə  Güllər  sorağı  davam  edir .   Heç  şübhəsiz  ki , onun  ifasın-da  bir - iki  deyil , bir  neçə  muğam    el  mahnıları  qrammofon  valına  yazılmışdır .

           İnanırıq  ki , Mirzə  Güllər    ümumiyyətlə  əsrimizin  əvvəllərində fəaliyyət  göstərmiş  xanəndə    musiqiçilərimizin  irsinin  tamamilə  toplanıb  arxivimizə  vermək  kimi  xeyitxah  bir  işdə  bütün  sənətsevərlər  bizə  yaxından  köməklik  göstərəcəklər .

 

                                                                        Həsənxan  Mədətov ,

                                                            Azərbaycan  Respublikası  Dövlət  

                                                            Səs Yazıları   Arxivinin   direktoru 



Bugün: 439
Dünən: 987
Bu həftə: 4703
Son həftə: 4759
Bu Ay: 14534
Son Ay: 20754
Bu İl: 79835
Ümumi: 1100256
1100256