Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Elmi şurası haqqında Ə S A S N A M Ə

Son Yenilənmə : 2018-02-23 11:53:37
Baxış sayı : 250

Azərbaycan Respublikası

Milli Arxiv İdarəsinin

  14 noyabr 2016-cı il tarixli,

18 ə/f №-li əmri ilə təsdiq olunub.

 

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin

Elmi şurası haqqında

Ə S A S N A M Ə

1.     Elmi şura Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqında Əsasnaməyə  uyğun olaraq, respublikada arxiv işinin daha da təkmilləşdirilməsi, dövlət arxiv xidməti təşkilatlarında elmi işlərin canlandırılması, onun səmərəsinin və keyfiyyətinin artırılması məqsədilə yaradılmışdır.

 

2.     Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Elmi şurasının əsas vəzifələri aşağıdakılardır: arxivşünaslıq, arxeoqrafiya və sənədşünaslıq sahəsində elmi tədqiqatların problemlərini müəyyən etmək; işlənib başa çatdırılmış sahə və sahələrarası əhəmiyyət kəsb edən normativ sənədlərin və elmi-metodiki işlərin keyfiyyətini qiymətləndirmək; Azərbaycan Respublikası Milli Arxiv fondu sənədlərinin komplektləşdirilməsi, mühafizəsinin təmin olunması və istifadəsinin elmi əsaslarla təkmilləşdirilməsi üzrə təkliflərin işlənib hazırlanmasını təşkil etmək.

 

3.     Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Elmi şurası aşağıdakı məsələlərə baxaraq müzakirə edir:

 

-          Azərbaycan Respublikası Milli arxiv fondu sənədlərinin tərkibi və məzmununun münasib vəziyyətə gətirilməsi;

 

-          elmi, mədəni, təsərrüfat, təlim-tərbiyə, vətəndaşların sosial-hüquq xarakterli sorğularının icrası məqsədilə Milli arxiv fondu sənədlərindən istifadə işinin daha da yaxşılaşdırılması;

 

-          Azərbaycan Respublikasında arxiv işinin inkişafının elmi əsaslarla planlaşdırılması;

 

-          arxivşünaslıq, sənədşünaslıq və arxeoqrafiya sahəsində elmi tədqiqat işlərinin elmi əsaslarla sınaqdan keçirilməsi;

 

-          Azərbaycan Respublikası Milli arxiv fondu sənədlərinin mühafizəsinin təmin olunmasının elmi-metodiki əsaslarının və texniki səviyyəsinin təkmilləşdirilməsi;

 

-          dövlət arxivlərində sənədlər üçün elmi-məlumat aparatının yaradılması, onun təkmilləşdirilməsi və məlumat-axtarış sisteminin elektron daşıyıcılarına keçirilməsi;

 

-          tarixi mənbələrin nəşrinin istiqamət və üsullarının müəyyən edilməsi, onların müasir dövrün tələbləri səviyyəsinə cavab verməsi istiqamətində işlərin aparılması;

 

-          “Milli arxiv fondu haqqında”Azərbaycan Respublikası Qanununun, “Arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 dekabr tarixli Fərmanının respublika arxiv təşkilatları tərəfindən həyata keçirilməsi üzrə fəaliyyətlərinin ümumiləşdirilməsi;

 

-          arxiv işinə aid digər mühüm məsələlər.

 

4.     Elmi şura öz işində arxiv işi üzrə Azərbaycan Respublikası Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarlarını, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin arxiv işi üzrə normativ və elmi-metodiki sənədlərini əldə rəhbər tutur.

 

5.     Elmi şuranın tərkibi sədr, sədr müavini və katibi olmaqla Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəbər işçiləri və mütəxəssisləri, Azərbaycan Respublikası dövlət arxivlərinin və Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsinin rəhbərləri, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutlarının, Azərbaycan Respublikasının aparıcı təhsil müəssisələrinin bu sahədə təcrübəsi olan alimləri daxil edilir.

 

6.     Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi Elmi şuranın sədridir.

 

7.     Elmi şuranın tərkibinə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin kollegiyasında baxılır və İdarə rəisinin əmri ilə təsdiq olunur.

 

8.     Elmi şura məşvərətçi orqandır, onun qəbul etdiyi qərarlar Azərbaycan Respublikası Milli Arxiv İdarəsi rəisinin əmri ilə həyata keçirilir.

 

9.     İş planına uyğun olaraq Elmi şuranın iclaslarında baxılmaq üçün məruzələr, təklif və digər materialların layihələri Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin müvafiq şöbələri, həmçinin Elmi şurada təmsil olunmuş təşkilatlar tərəfindən hazırlanır.  Məruzələr, təkliflərin layihələri və digər materiallar iclasa ən azı 20 gün qalmış Şuranın katibinə verilməlidir.

 

 

10.   Elmi şuranın fəaliyyəti ilə bağlı xərclər Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin ümumi smetasında nəzərdə tutulur.       



Bugün: 216
Dünən: 194
Bu həftə: 216
Son həftə: 2401
Bu Ay: 7852
Son Ay: 8848
Bu İl: 75651
Ümumi: 77413
77413