Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Yenilənmə : 2018-03-02 02:54:42
Baxış sayı : 4583

   Həyatı boyu ölkəsi və milləti üçün çalışanlar. İmperiya  siyasəti də onları unutdura bilmədi.

 

Azərbaycan xalqının milli mənlik şüurunun oyanmasında xüsusi rolu olmuş görkəmli 

ictimai xadim, yazıçı, tərcüməçi, tənqidçi, publisist,

həkim, rəssam, mütəfəkkir

     Əlibəy Hüseynzadənin anadan olmasının 153 illiyinə həsr  edilir.

 

Türkçülük hərəkatı ideoloqlarından biri, xalqımızın milli mənlik şüurunun oyanışında və intişarındaonun ictimai, siyasi, elmi-pedaqoji, ədəbi və mədəni həyatında, eləcə də Azərbaycanda müasir demokratik cəmiyyət quruculuğunda mühüm rol oynamış görkəmli ictimai xadimlərdən biri də Əlibəy Hüseynzadədir.Təkcə Azərbaycan xalqının deyil, bütün türk və islam dünyasının böyük mütəfəkkirlərindən sayılan Ə.b.Hüseynzadə keçmiş sovet dövründə layiq olduğu qiymətini almayan,  zəngin fəaliyyəti və yaradıcılığı üzərindən sükutla keçərək unutdurulmağa  cəhd göstərilən Azərbaycan və Türkiyənin görkəmli ictimai-siyasi  xadimlərindəndir.  İctimai fikir  tariximizdə böyük  hadisə kimi qiymətləndirilən böyük mütəfəkkir Əli bəy Hüseynzadənin  ictimai-siyasi portretini bir məqalə ilə qələmə almaq qeyri-mümkün olduğuna görə arxiv sənəd və materialları, kütləvi nəşrlər və digər mənbələr əsasında yazılmış bu məqalədə onun ictimai-siyasi  portretinin yalnız bəzi cizgilərinin  təsvir edilməsinə cəhd edilmişdir.

Keçmiş sovet tarixşünaslığında Əli bəy Hüseynzadənin həyat və fəaliyyətinə, onun yaradıcılığına bir tərəfli yanaşılaraq sinfi, siyasi və ideoloji mübarizə mövqeyindən qiymət verilmiş, üzərinə qatı “panislamist” və “pantürkist” damğası vurularaq əsərlərinin və elm irsinin öyrənilməsinə qadağa qoyulmuşdu. Nəticədə  Ə.b.Hüseynzadə kimi böyük mütəfəkkirin zəngin ictimai-siyasi, ədəbi və elmi irsi milli mənafe baxımından əsaslı tədqiqata cəlb edilməmişdir. Yalnız sovet siyasi rejimi süquta uğradıqdan sonra Azərbaycanın tarixi, ədəbiyyatı və mətbuatında adları yasaq edilmiş bir sıra görkəmli ictimai-siyasi xadimlərin, o cümlədən M.Ə.Rəsulzadə, Əhməd Ağaoğlu, Ə.b. Hüseynzadə, Ə.M. Topçubaşov və  başqalarının zəngin irsi, həmçinin həmin dövrün qabaqcıl mətbu nəşrlərindən olan “Kaspi”, “Həyat”, “Füyuzat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “Təkamül”, “Açıq söz” və digər mətbu nəşrlər tarixçilər, tədqiqatçılar və alimlər tərəfindən milli mənafe baxımından yeni metodoloji prinsiplər əsasında öyrənilməyə başlandı. Ə.b.Hüseynzadənin ədəbi irsinin öyrənilməsində filologiya üzrə fəlsəfə doktorları Ofelya Bayramlı və Azər Turan tərəfindən hazırlanaraq 2007-ci ildə nəşr edilmiş “Əli bəy Hüseynzadənin Seçilmiş əsərləri” kitabı olduqca  əhəmiyyətlidir.

Ə.b.Hüseynzadənin zəngin ictimai-siyasi,ədəbi və elmi irsini əks etdirən tarixi mənbələr, həmin dövrün mətbuatı təsdiq edir ki, bu böyük mütəfəkkir, ictimai-siyasi xadim  həyatı boyu mənsub olduğu ölkə və millət üçün çalışmışdır. “Report” Müstəqil İnformasiya Agentliyinin Türkiyə bürosunun 2016-cı il sentyabrın 20-də yaydığı məlumata görə Azərbaycanın görkəmli ədibi, filosof, ədəbi tənqidçi, rəssam, publisist, böyük maarifçi-pedaqoq Əli bəy Hüseynzadənin yeganə varisi olan qızı 95 yaşlı Feyzavər Alpsarlan  tərəfindən atasının əsərləri və şəxsi əşyalarından ibarət  arxivi Azərbaycana bağışlanmışdır. Ə.b. Hüseynzadənin Arxivinin bağışlanması Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyətinin, Feyzavər Alpsarlanın, Azərbaycanın İstanbuldakı baş konsulluğunun nümayəndələrinin və notarius əməkdaşlarının şahidliyi ilə rəsmiləşdirilmişdir. Ə.b.Hüseynzadənin Azərbaycana bağışlanılmış  arxivi  mövcud  qaydalara uyğun Istanbuldan  Azərbaycana  gətirildikdən  sonra Bakıda onun adına elmi mərkəzin açılmasını Azərbaycançılıq  ideologiyasının  banilərindən  biri- Ə.b. Hüseynzadənin  zəngin ictimai, siyasi, ədəbi  və elmi irsinin  milli mənafe baxımından öyrənilməsinə  doğru atılmış yeni bir addım kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikasının Prezidenti cənab  İlham  Əliyev Ə.b.Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında 2014-cü il yanvarın 21-də imzaladığı sərancamda Ə.b.Hüseynzadə "Türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynayan, müasir cəmiyyət  quruculuğunda demokratik prinsiplərin ənənəvi dəyərlər zəminində bərqərar olunmasının  vacibliyini irəli sürən və müstəqil milli dövlətçiliyin nəzəri əsaslarını  işlənib hazırlanmasında  yaxından iştirak edən, eləcə də çoxşaxəli fəaliyyəti boyunca yaratdığı zəngin fəlsəfi-publisistik, ədəbi-elmi irsi sayəsində Azərbaycan maarifçiliyi tarixinə qiymətli töhfələr verən görkəmliictimai xadim kimi dəyərləndirilir.”

     XIX əsrin sonu XX əsrin əvvəllərində  Azərbaycanda  ictimai-siyasi  hərəkatın  meydana gəlməsində, milli mənlikşüurunun oyanmasında və onunyayılmasında mütərəqqi  ziyalılarımız  aparıcı rol oynamışdılar. 1905-ci ilin  fevralındaRusiyada baş vermişinqilab imperiya ərazisində yaşayan digər məzlumxalqlar kimi müsəlman-türk  xalqlarının da milli tərəqqi uğrunda mübarizəsinin başlanğıcı hesab edilirFevral inqilabından  sonra  mütləqiyyət  ictimai və siyasi təşkilatların  yaradılması və mətbuat  azadlığının  verilməsi  istiqamətində  bəzi  güzəştlərə  getməyə məcbur  oldu.1905-1907-ci illərdəAzərbaycanda milli  hərəkat meydana gəlməyə və siyasi partiyalar yaradılmağa başlandı. Bundan əlavə, mütərəqqimilliziyalıların və bəzi burjuaziya nümayəndələrinin birgə səyləri nəticəsində “Müsəlman Xeyriyyə Cəmiyyəti”, “Nəşri- Maarif”,“Nicat”,“Səadət” mədəni-maarif və xeyriyyə cəmiyyətləri də yaradıldı. Yaradılmış mədəni-maarif cəmiyyətləri əhali  arasında savad,  təhsil və mədəniyyət yayaraqxalqın maariflənməsinə, mədəni-tərəqqi yolunda addımlamasına nail olmağaçalışırdılar. Həmin dövrdə milli oyanış əvvəlcə ana dili, milli ədəbiyyat və tarixin öyrənilməsi, milli  məktəblərin açılması, mövcud  məscid (prixod-məhəllə) məktəblərində fars dili əvəzinə türk dilinin tədris olunması, türk (Azərbaycan-R.S.) dilinin səsli metod  üzrə  öyrədilməsi, mədrəsələrin  proqramlarına  müasir  elmlərin  daxil  edilməsi; hökumət  məktəblərində  türk (Azərbaycan-R.S.) dilinin  tədris  olunmasının  tələb  edilməsi; milli ayrı-seçkiliyə yol verilməməsi, müsəlmanların  hüquqlarının xristianlarla  bərabərləşdirilməsi və s. kimi tələblərin irəli sürülməsi formasında meydana  gəlmişdir. KeçmişRusiya İmperiyasında yaşayan  türk- müsəlman xalqlarının  milli oyanışında  H.b. Zərdabinin “ Əkinçi”, krımlı İsmayıl bəy Qasprinskinin 1883-cü ildən nəşr etdirdiyi “Tərcuman”,1903-cü ildən  Məmmədağa Şahtaxtinskinin “Şərqi-Rus”, 1905-1906-cı illərdə  H.Z.Tağıyevin maddi  yardımı, Ə.M.Topçubaşovun naşirliyi  və qüdrətli  qələm  sahibləri Ə.b.Hüseynzadə, Ə.b.Ağayevin redaktorluğu ilə nəşr olunan “Həyat”, 1906-1907-ci illərdə  Ə.b.Ağayevin nəşr etdirdiyi “İrşad” qəzetlərinin və digər mətbu nəşrlərin xüsusi rolu və xidməti  olmuşdur. Həmin dövrdə doğma ana dilində qəzet və jurnalların  çap  edilməsi,mədəni-maarif və xeyriyyə cəmiyyətlərinin yaradılması mütərəqqi ziyalılarla yanaşı H.Z.Tağıyevin şəxsi iştirakı və vəsaiti iləyerinə yetirilirdi. Milli tərəqqi uğrunda hərəkatın  yaranmasındageniş kütlələrin milli azadlıq hərəkatına qoşulmasında vəsonrakı mərhələdə isə müstəqil Azərbaycan Respublikasının yaradılmasınadoğru gedilən istiqlal yolundaHəyat”, ”İrşad”, ”Kaspi”, Təkamül”, ”Tərəqqi”, ”Açıqsöz”  başqa qəzetlərlə yanaşı ”Molla  Nəsrəddin”,Füyuzat” jurnallarının  böyük  rolu və xidmətləri danılmazdır. Tarixi mənbələr təsdiq edir ki, çar hakimiyyətiözünün xüsusi siyasi niyyətlərini əldə rəhbər  tutaraq “inorodes” adlandırdığı “özgə” xalqların, xüsusilə türk-müsəlman xalqlarıının dünyəvi təhsil almasına imkan yaratmıronların mədəni-maarif işlərinə cəlb olunmasını arzu olunmaz hesab edərək bu yolda müxtəlif maneələr  törədirdiXXəsrAzərbaycan mətbuatını təmsil edən mütərəqqi ziyalılar-H.b.Zərdabi, M.Ə.RəsulzadəƏ.M.Topçubaşov, Ə.b.Ağaoğlu, Ə.b.Hüseynzadə, M.Şahtaxtlı, C.Məmmədquluzadə, Ə.b.Haqverdiyev, Ö.F.Nemanzadə, M.Ə.Sabir, F.b.Köçərli, M.S.Ordubadi, Üzeyir və Ceyhun  bəy Hacıbəylilər və başqaları nəsr olunan qəzet və jurnallarda dərc etdirdiyi  məqalə, felyeton və başqa əsərlərlə milli şüuru, heysiyyəti oyadır, milli mənafelərə uyğun olaraq xalqı durmadan təhsilə, maarifə, tərəqqi yoluna  səsləyir, məktəb və mədəniyyətlə bağlı məsələləri ön cərgəyə çəkərək müzakirə edirdilər. Ölkəmizdə ictimai hərəkatın inkişafında aparıcı rol oynayan ziyalılar zülmət və nadanlıqdan çıxış yolunu mədəni inkişafda, maarifçilikdə və demokratiyada görürdülər. Xalqımızın mədəni tərəqqi  yoluna çıxması istiqamətində  demək olar ki, heç bir iş  görmək istəməyən çar hakimiyyəti tərəfindən Azərbaycanda dünyəvi fənlərin  tədris olunduğu məktəblər əvəzinə çoxlu mollaxanalar yaradılır, əhali arasındaelm, təhsil əvəzinə xurafat təbliğ edilir və çarizmin dövlət quruluşuna tabeçilik aşılanırdı. Xalqımızın tərəqqi yoluna çıxması istiqamətində  çarizm tərəfindən tədbirlər görülmədiyi bir vaxtda Azərbaycanda mütərəqqi ziyalıların və tanınmış maarifpərvər milyonçu  H.Z.Tağıyevin dəstəyi ilə yaradılmış “Nəşri-maarif” cəmiyyəti özünün nəzarət etdiyi Zabrat, Əmircan, Sabunçu və başqa kəndlərdəmüsəlman əhalisi arasında savad yayan gecəkursları şəbəkəsini genişləndirirdi. Ə.Hüseynzadənin həyatında az araşdırılmış mərhələlərdən biri də onun "Səadət" məktəbində muəllim və müdir işlədiyi (1907-1910) dövrlə bağlıdır. "Nəşri-maarif”, “Nicat” və “Səadət”cəmiyyətlərinin əhalini dünyəvi təhsilə  və mədəni-maarif işlərinə cəlb etməsiçar hakimiyyətiniciddi narahat edirdi. Çar mütləqiyyətinin narahatçılığı və çaşqınlığı Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin bir sıra fondlarında, o cümlədən “Qafqaz Tədris Dairəsi Popeçitelinin Dəftərxanası”fondunda  (f.311) saxlanılan arxiv sənədlərində öz əksini tapmışdır. Məsələn, Bakı Quberniyası və Dağıstan Vilayəti Xalq Məktəblərinin Direktoru A.Tixorjevskinin QafqazTədris Dairəsinin Popeçiteli N. Rudolfagöndərdiyi 2 mart 1910-cu il tarixli 655№li məxfi məktubunda narahatçılıqla qeyd edilirdi ki, ”1906-cı ildə Bakı şəhərində “Səadət”, “Nicat”, “Nur”, “Nəşr-Maarif” müsəlman maarif cəmiyyətləri  yaradılmışdır. Həmin cəmiyyətlər yerli inzabati orqanlar tərəfindən təsdiq olunmuş nizamnamələrinə əsaslanaraq Bakı şəhərində və Bakı Qradonaçalnikliyində məktəblər açmışdılar ki,onlardan da ən mühümü “Səadət” cəmiyyətinin açdığı məktəbdir. Həmin məktəblər direksiyanın icazəsi olmadan açıldığı üçün mənim  nəinki  bu məktəblərin  proqramları, tədris olunan fənlər, müəllim heyəti, hətta məktəblərin sayı haqqında da  heç bir məlumatım yoxdur. Yerli cəmiyyətdə belə şayiə gəzir ki, məsələn, “Səadət”in məktəbi gələcək müsəlman gimnaziyası və onunla  yanaşı dini seminariyadır. Mən həm şifahi, həm də yazılı surətdə yerli administrasiyanın diqqətini zənnimcə, tədris qanunlarından kənar mövcud olan və  indiyədək ləğv olunmayan həmin məktəblərə yönəltmişəm. Lakin buna heç bir cavab almadığıma görə və mənə qarşı şəxsi pisliklərə yol verməməsi üçün susmağı qərara  aldım...” Digər sənəddə, Bakı  Qradonaçalnikinin 1911-ci il yanvarın 26-da  Qafqaz Tədris Dairəsi Popeçitelinə  göndərdiyi 1671№li məkubda isə bildirilirdi  ki,,” Bakı şəhərində “Nur” maarif cəmiyyəti mövcud deyildir. Həmin adda müvafiq qanunun 1543-cü məddəsinə əsasən “ Hacı Pirverdi ”məscidi nəzdində mənim icazəmlə açılmış məktəb vardır. Bu barədə 1910-cu il noyabrın 12-də  Bakıquberniyası və Dağıstan vilayəti xalq məktəbləri direksiyasına məlumat  verilmişdir.” Qafqaz Tədris Dairəsi Popeçitelinin Dəftərxanası müdirinin Müsəlman maarif  cəmiyyətləri  tərəfindən açılmış  məktəblər barədəhazırladığı  cədvəldə : ”1) Bakı quberniyasının əhalisi arasında savad yayan Bakı cəmiyyəti- "Nəşr -maarif"in  Balaxanı-Sabunçu  polismeysterinin  Balaxanı, Buzovna və Əmircan kəndlərində üc məktəb; 2) Bakı maarif cəmiyyəti “Nicat”ın Bakı polismeysterin Keşlə kəndində bir məktəb; 3) Bakı müsəlman  Ruhani Cəmiyyəti “Səadət”in Bakı şəhərində  bir məktəb açdığı əks edilmişdir. Cədvəldə həmçinin qeyd edilirdi  ki, həmin məktəblər aid olduqları cəmiyyətlərin  nizamnamələrinə  uyğun, lakin xalq məktəbləri direksiyasından icazəsiz  açılmışdır.” Qafqaz Tədris Dairəsi Popeçiteli N.Rudolfun Bakı Qradonaçalniki P. Martınova göndərdiyi 24 aprel 1910-cu il tarixli 8956li  məktubda bildirilirdi  ki,” ..həmin cəmiyyətlər  yerli inzibati  orqanlar  tərəfindən  təsdiq olunmuş  nizamnamələrinə  uyğun  olaraq  Bakıda  və  Bakı  Qradonaçalnikliyində  məktəblər  açmışdılar ki, onlardan da  ən mühümü “Səadət” cəmiyyətinin  açdığı məktəbdir. Həmin  cəmiyyətlər tədris  müdriyyətinin  və  xalq məktəbləri direksiyasının  icazəsi olmadan açıldığı üçün  onlar  haqqında  heç  bir  məlumatımız  yoxdur. ”Bakı Quberniyası və Dağıstan Vilayəti  Xalq  Məktəblərinin  Direktoru  A.Tixorjevskinin  Qafqaz Tədris Dairəsi Popeçitelinə göndərdiyi  növbəti  23 oktyabr 1910-cu il tarixli 3689№li  məktubda qeyd edirdi  ki, “...”Nicat”, “Nəşr-Maarif” və “Səadət”cəmiyyətlərinə məxsus məktəblər Bakı Qradonaçalnikinin  tabeçiliyindədir.

Beləliklə, Qafqaz Tədris Dairəsi Popeçiteli N.Rudolf Bakıda fəaliyyət göstərən mədəni-maarif və xeyriyyə cəmiyyətləri haqqında mümkün olan məlumatları əldə etdikdən sonra   Qafqaz  canişini  Vorontsov-Daşkova  göndərdiyi  15 noyabr 1911-ci il  tarixli 25115 №li məktubda qeyd edirdi: ”Bakı şəhərində  müsəlmanlar arasında  üç maarif  cəmiyyətləri mövcuddur: “ Səadət ”, müsəlmanlar arasında savadı yayan “Nəsr-Maarif ” və “Nicat”, həm də nəzərə almaq lazımdır ki, bunların hər biri məktəb saxlayır: “Səadət” səviyyəcə orta təhsil məktəbinə yaxın olan ali tipli; sonuncu iki cəmiyyətlər isə ibtidai təhsil proqramlı məktəb...Həmin cəmiyyətlərdən birincisi “Səadət”  məqsədinin mollaların hazırlanması olduğunu, özünü isə “ ruhani” cəmiyyət adlandırmaqla,  saxladığı məktəbi müvafiq qanunun 1444 maddəsi ilə əsaslandırmağa çalışır ki,  həmin  maddəyə görə Zaqafqaziyanın quberniyalarındakı mövcud müsəlman ruhani məktəblərinə nəzarət edilməsi qubernatorlara aid edilir. Lakin “Səadət” cəmiyyətinə məxsus məktəbin proqramından görünür ki, burada tədris olunan fənlər  ümumtəhsil  xarakterlidir; məsələn, ilk  iki sinifdə  həcmi  digər rus-tatar məktəblərində tədris  olunandan heç də çox  olmayan şəriət  dərslərindən  savayı  beş və hətta altı dil: rus, tatar (Azərbaycan-R.S.), fars, ərəb, alman və fransız, eləcə də tarix (hələlik yalnız rus), coğrafiya,  təbiətşünaslıq və rəsm fənləri öyrədilir. Beləliklə, “Səadət” cəmiyyətinin idarə heyətinin saxladığı məktəbin mollaların hazırlanması kimi yalnız bir məqsəd daşıdığını təsdiq  etməyə əsas yoxdur. Görünür “Səadət” cəmiyyəti bu məktəbi açarkən dini təhsillə heç bir əlaqəsi olmayan tamamilə başqa məqsədləri əldə rəhbər tutmuşdur....Təkcə “Səadət” cəmiyyətinin saxladığı məktəb deyil, həmçinin “Nəsr-Maarif ” və  “Nicat”ın da məktəbləri qeyri-leqal mövcud olduğuna görə  qanuni tələbləri yerinə yetirmirlər.... “Səadət” cəmiyyətinin məktəbində rus dilindən savayı  digər dərslər Konstantinopol və ya Təbrizdən yazıb gətirilmiş dərsliklərlə türk-tatar dilində tədris olunur.1909-cu ilin yazında məktəbə baş çəkmiş Dairə müfəttişi də buna əmin olmuşdur. Butün bunları nəzərə alaraq sizdən xahiş edirəm ki, yuxarıda adı çəkilən cəmiyyətlər məcbur  edilsinlər ki, özbaşına açdıqları məktəbləri  gələn tədris ilindən gec olmayaraq  ümumi qaydalarla saxlanması üçün ya bizə ərizə ilə müraciət  etsinlər, ya da ki, əgər  tədris dairəsinin qanuni tələblərinə tabe olmaq istəmirlərsə, qapanılmağa  məcbur edilsinlər.”

Azərbaycan Respublikasının  Dövlət  Tarix Arxivində saxlanılan “Qafqaz TədrisDairəsi Popeçitelinin  Dəftərxanası” fondunda 1910 -1911-ci tədris ilində “Səadət” məktəbində dərs  deyən   müəllimlərin  siyahısı aşkar edilmişdi. Həmin siyahıda “Səadət” məktəbinin direktoru  Axund  Molla  Ağa Əlizadə; müfəttiş- Fəhrad  Ağayev;  şəriət  və ərəb  dili  müəllimi-Axund  Molla Abdurrəhim  Hadızadə; şəriət  müəllimi- Mirzə Xəlil Axundzadə; azərbaycan dili  müəllimi- Molla Qədir İsmayılzadə; fars dili müəllimi-Mirzə  Möhsünxan; rus dili müəllimi - Məmməd Hənəfi Terequlov; rusdili  müəllimi- Əli  Hüseynov; alman və fransız  dilləri  və  rəsm  müəllimi - Ceyhun bəy  Hacıbəyov; hesab  və  təbiətşünaslıq  müəllimi -Üzeyir  Hacıbəyov; hesab və rus tarixi müəllimi- Kərim  bəy  Məlikov; hesab, coğrafiya, rus  hüsnxəti  və  rəsm  müəllimi- Əli  Cabbar bəy İsmayılov; a) əlifba  sinifi  və tatar dili (Azərbaycan dili –R.S.) müəllimi- Molla-Mirzə Zeynalzadə; b) əlifba  sinifi  və Azərbaycan hüsnxətti  müəllimi- Molla-Musa  Əsgərzadənin olduğu qeyd edilir. Siyahıdan göründüyü kimi “Səadət”  Cəmiyyətinin fəaliyyətində dövrün mütərəqqi ziyalıları  və din xadimləri yaxından iştirak etmişdilər. Cəmiyyətin bütün məktəb proqramlarına Qori seminariyasının məzunu Fərhad Ağazadə rəhbərlik edirdi. Tarixi mənbələr təsdiq edir ki, Azərbaycanda ictimai fikrin və hərəkatın inkişafında aparıcı rol oynamış tərəqqipərvər ziyalılarımız xalqı cəhalət, nadanlıq və xurafat  girdabından çıxarmaq və onun mədəni tərəqqi  yoluna düşməsi  istiqamətində əllərindən  gələnietmişdilər.“Səadət”cəmiyyəti Azərbaycanda maarifin yayılmasında, azərbaycanlıların təhsil alması və savadlandırılmasında böyük rol oynamışdır. Ə.b.Hüseynzadənin çalışdiğı "Səadət"in məktəbində təhsil almış bəzi azərbaycanlı mütəxəssislər sonralar ictimai-siyasi fəaliyyət göstərmiş, Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra hökumətin tərkibinə daxil olmuşdular. Əli bəy Hüseynzadə "Səadət" məktəbində pedaqoji fəaliyyət göstərərək bu sahədə yaxından iştirak etmişdir. O,“Səadət" məktəbində çalışdığı illərdə pedaqoji fəaliyyətlə yanaşı həmçininmütərcim olaraq Şekspirin "Hamlet"ini tərcümə etməyə başlamış, rəssam olaraq "Bibi Heybət məscidi”, "Şeyxülislamın portreti" əsərlərini çəkmiş, eləcə də XX əsr Azərbaycan ədəbiyyatının zirvələrindən sayılan -  "Siyasəti-fürusət"i qələmə almışdı. Xatırladırıq ki, Ə.b.Hüseynzad



Bugün: 597
Dünən: 988
Bu həftə: 4178
Son həftə: 5867
Bu Ay: 19876
Son Ay: 20754
Bu İl: 85177
Ümumi: 1105598
1105598