Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

İnsan resursları və hüquqi təminat sektoru

Son Yenilənmə : 2023-07-13 07:13:23
Baxış sayı : 709

Sektor müdiri: Aslanova Təranə Aslan qızı 

Telefon: 012 562 97 70

E-mail: t.aslanova@milliarxiv.gov.az

MAİ-nin 16.03.2023-cü il tarixli,

3-48/3-Ə/F-29/2023 nömrəli əmri ilə

təsdiq edilmişdir

 

 

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ ARXİV İDARƏSİ

İNSAN RESURSLARI VƏ HÜQUQİ TƏMİNAT SEKTORUNUN

ƏSASNAMƏSİ

 

1. Ümumi müddəalar

 

1.1. İnsan resursları və hüquqi təminat sektoru Azərbaycan Respublikası Milli Arxiv İdarəsi aparatının struktur bölməsidir.

1.2. Sektor öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununu, Azərbaycan Respulikasının Əmək Məcəlləsini, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnaməni, İdarənin Kollegiyasının qərarlarını, arxiv işi sahəsində qüvvədə olan normativ hüquqi sənədləri, İdarənin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3. Sektor bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində İdarə aparatının struktur bölmələrinin, strukturuna daxil olmayan tabeliyindəki qurumların fəaliyyəti ilə bağlı dövlət qulluğu və əmək qanunvericiliyi sahəsində qəbul edilmiş normativ hüquqi aktların tətbiqi, dövlət qulluğu və əmək münasibətləri, insan resurslarının idarə edilməsi sahələrində işlərin təşkilini və tənzimlənməsini həyata keçirir.

 

2.    Sektorun əsas fəaliyyət istiqamətləri

 

2.1. Sektorun fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. Dövlət qulluğu və kadr işinin, əmək münasibətlərinin tənzimlənməsinintəşkilini vətəkmilləşdirilməsini təmin edir;

2.1.2. İdarənin struktur bölmələrində və tabeliyində olan qurumlarda hüquqi təhlil vəekspertiza, normayaratma işlərinin təşkilini və təkmilləşdirilməsini təmin edir;

2.1.3.İdarənin struktur bölmələrində və tabeli təşkilatlarında dövlət qulluğu və kadr işininaparılmasına metodiki və əməli rəhbərliyi həyata keçirir;

2.1.4. İdarənin məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil olunmasını, hüquq vəqanuni mənafelərinin müdafiəsini təmin edir;

2.1.5. İnsan kapitalının inkişafı sahəsində tədbirlər hazırlayır və həyata keçirir;

2.1.6. Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

 

3.    Sektorun vəzifələri

 

            3.1. Sektor bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq,aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. Fəaliyyət istiqamətləri üzrə təşkilati-sərəncamverici sənədlərin layihələrinihazırlamaq vəya onların hazırlanmasında iştirak etmək;

3.1.2.İdarənin kadr təminatının proqnozlaşdırılmasını, ehtiyat kadrların formalaşdırılmasını, aidiyyəti qurumlarla birlikdə işçilərin təlim ehtiyaclarını müəyyən etmək, peşəkarlığın artırılması, etik davranış məsələləri üzrə tədbirlər təşkil etmək;

3.1.3.Kadrların seçilməsi, vəzifəyə təyin edilməsi, dövlət qulluğuna, əmək müqavilələrinəxitam verilməsi, rotasiyası, mükafatlandırılması, intizam məsuliyyətinə cəlb edilməsi,məzuniyyətəburaxılması,dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsini təşkil etmək;

3.1.4. Dövlət qulluğununvakantrəhbər və inzibati vəzifələrinin tutulması üçün tələbolunanməlumatları aidiyyəti üzrə təqdim etmək,müsahibə və müsabiqə yolu ilə vakant vəzifələrin tutulması üçün zəruri tədbirlərgörmək;

3.1.5.dövlət qulluqçuları reyestrinin və dövlət qulluğu ilə əlaqədar yaradılan digərməlumatbazalarınaməlumatları daxil etmək və reyestrə daxil edilmiş məlumatlarda baş vermiş dəyişikliklər haqqında məlumatların reyestr aparan dövlət orqanına hər ay verilməsini təmin etmək;

            3.1.6.Dövlət qulluqçularının, o cümlədən arxiv əməkdaşlarının xidməti fəaliyyətləri barədə məlumatlarıtoplamaq, yeniləmək və təhlil etmək, onların qulluqda yüksəliş yoluilə seçilməsi, yerləşdirilməsi,dövlət qulluğu və əmək müqavilələri ilə bağlı digərməsələlərin həllində bu məlumatlardanistifadə etmək;

3.1.7.Arxiv əməkdaşlarının fəaliyyətinin qiymətləndirilməsi və attestasiyası işini təşkiletmək;

3.1.8. Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi prosesinəümuminəzarət etmək;

3.1.9. Rəhbərliyi insan resurslarının idarə edilməsi vəzyyəti və əməkdaşlarınxidmətifəaliyyətihaqqında məlumatlarla təmin etmək;

3.1.10. Əməkdaşlara xidməti vəsiqələrin, əmək kitabçalarının verilməsi, əməkkitabçalarının doldurulması, onların qeydiyyatının aparılması vəsaxlanılması ilə bağlı tədbirlər görmək;

3.1.11.Qanunvericiliyə müvafiq olaraq məzuniyyət cədvəllərinin tərtib olunması vəməzuniyyət verilməsi, onların qeydiyyatının aparılması,ezamiyyətin uçotunun aparılması ilə bağlı tədbirlər görmək;

3.1.12. İdarə aparatının struktur bölmələrinin və dövlət arxivlərinin rəhbərləri iləbirlikdə vəzifələr üzrə vəzifə təlimatlarını hazırlamaq;

3.1.13. İdarə aparatının və onun tabeliyindəki təşkilatların rəhbər, inzibati vəzifətutan və digər əməkdaşlarına Fəxri Fərman, digər fəxri ad və təltiflərverilməsi üçün müvafiq sənədləri hazırlamaq;

3.1.14.Pensiya təminatı məqsədilə əməkdaşların zəruri sənədlərininsəlahiyyətləri daxilində hazırlanmasını və onların sosial müdafiə orqanlarınatəqdim  olunmasını təmin etmək;

3.1.15. Fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyəuyğun olaraq baxılmasını təmin etmək;

3.1.16. Daimi dövlət qulluğuna qəbul edilən inzibati vəzifə tutan dövlətqulluqçularınınqanunla müəyyən edilmiş qaydada andiçmə mərasimini təşkil etmək;

3.1.17. İdarənin aparatında və onun tabeli təşkilatlarında kadrlarla görülən işləri təhlil etmək və onları ümumiləşdirmək, əmək intizamının vəziyyətiniöyrənmək, bu sahədə nöqsanların aradan qaldırılması üçün təkliflərhazırlamaq, işə davamiyyətə və əmək intizamına nəzarət və onunmöhkəmləndirilməsi üçün tədbirlərin yerinə yetirilməsini  təmin etmək;

3.1.18. Sektorun iş planını, fəaliyyəti ilə bağlı hesabatları və statistik məlumatlarıdövrlər

üzrə hazırlamaq, İdarənin rəhbərliyinə və müvafiq dövlət qurumlarınatəqdim etmək;

3.1.19. Sektorun fəaliyyəti prosesində qanunvericiliyə uyğun olaraq xidmətiməlumatları,dövlət sirrinin qorunmasını təmin etmək;

3.1.20. Effektiv və davamlı kadr siyasıtinin həyata keçirilməsini, insan resurslarınıidarəedilməsində obyektivliyi, bərabərliyi, qərəzsizliyi vəşəffaflığı təmin etmək;

3.1.21. Hərbi qeydiyyat və təxsisləmə işlərini aparmaq;

3.1.22. İdarəyə daxil olan məxfi sənədlərin qəbulu, dövriyyəsi və icrasına nəzarətitəşkil etmək;

3.1.23. Dövlət arxiv xidməti təşkilatlarında, Milli arxiv fondunun komplektləşdirməmənbəyi olan dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrdəarxiv fəaliyyətinin təşkili, arxiv sənədlərinin mühafizəsi, dövlət mühafizəsinətəhvil verilməsi, qeydiyyatı və istifadəsi sahələrində monitorinqlərin aparılmasında və aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması istiqamətindəqanunvericiliyə uyğun tədbirlərin görülməsində iştirak etmək;

3.1.24. İdarənin struktur bölmələri və tabeliyində fəaliyyət göstərən dövlətarxivləri tərəfindən normayaratma fəaliyyətinin həyata keçirilməsindəfəaliyyət istiqamətiüzrə iştirak etmək;

3.1.25. İdarənin struktur bölmələri və tabeliyində olan qurumlar tərəfindənhazırlanmışvə ya İdarəyə daxil olmuş normativ hüquqi akt, beynəlxalq vədigər müqaviləlayihələrinin hüquqi ekspertizasını həyata keçirmək vəonların AzərbaycanRespublikasının qanunvericiliyinə uyğunluğuna dair rəylər vermək;

3.1.26. İdarənin fəaliyyəti ilə bağlı müqavilələrin hazırlanmasında iştirak etmək vəbeləmüqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;

3.1.27. İdarənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflər vermək;

3.1.28.Azərbaycan Respublikasının məhkəmələrində İdarənin hüquq və qanunimənafelərinimüdafiə etmək, məhkəmə baxışları ilə əlaqədar prosessual sənədlərin(iddia ərizələrinin,iddia ərizələrinə dair etirazların və s.)hazırlanmasını təminetmək;

3.1.29. Müvafiq hüquqi aktlarda və dövlət proqramlarında İdarəyə həvalə edilmiştədbirlərin,habelə İdarənin hüquqi aktlarında nəzərdə tutulmuş tədbirlərin(tapşırıqların) həyata keçirilməsində iştirak etmək;

3.1.30.İdarənin struktur bölmələrinə və tabeliyində olan qurumlara İdarəninfəaliyyətiprosesində, habelə fəaliyyət istiqamətləri üzrə hüquqi yardımgöstərmək, arayışlar,rəylərvə qanunvericiliyin tələblərinə əməl olunmasıistiqamətində hüquqiməsləhətlər vermək;

3.1.31. İdarənin normativ hüquqi aktlarının Azərbaycan Respublikasının HüquqiAktlarınDövlətReyestrinə daxil edilməsini təmin etmək;

3.1.32. İdarənin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları, daxili qaydaları,təlimatları vədigər normativ sənədləri təhlil etmək, onların təkmilləşdirilməsinədair təkliflər hazırlamaq;

3.1.33.İdarənin struktur bölmələrinin və tabeliyində olan qurumların fəaliyyətiprosesindəqarşıya çıxan məsələlərə dair hüquqi məsləhətlər vermək, arayışlarvə rəylər hazırlamaq;

3.1.34.Fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə,müəssisə vətəşkilatlardan daxil olan müraciətlərə və sorğularaqanunvericiliyəuyğun olaraqbaxılmasını təmin etmək;

3.1.35.Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuşdigər vəzifələriyerinə yetirmək.

 

4.    Sektorun hüquqları

 

4.1.  Sektor öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1. İdarənin struktur bölmələri tərəfindən normativ-hüquqi aktların, beynəlxalq müqavilələrin, təşkilati-sərəncamverici sənəd layihələrinin hazırlanmasında aidiyyəti üzrə iştirak etmək və müvafiq təkliflər vermək;

4.1.2. Dövlət qulluqçularının tutduqları vəzifəyə və qulluq stajına uyğun olaraq, habelə onların peşəkarlığı, idarəçilik təcrübəsi və əmək funksiyalarını yerinə yetirmək sahəsində göstəriciləri nəzərə alınmaqla, onlara ilkin və növbəti ixtisas dərəcələrinin verilməsi məqsədilə müvafiq strukturlarla birlikdə İdarənin rəhbərliyinə təkliflər vermək;

4.1.3. Fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, idarənin qurumlarının rəhbərlərinə insan resurslarının idarə edilməsi üzrə əməli və metodiki tövsiyələr vermək;

4.1.4. İdarənin struktur və tabeli təşkilatlarında insan resurslarının idarə edilməsi sahəsində səmərəliliyin artırılması və çatışmazlıqların aradan qaldırılması üzrə təkliflər hazırlamaq;

4.1.5. Bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar İdarənin strukturlarına müvafiq qaydada sorğular ünvanlamaq və onlardan müvafiq məlumatları (sənədləri) almaq;

4.1.6. Fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı İdarəni dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək, hüquq və mənafelərini müdafiə etmək;

4.1.7. İdarədə və digər dövlət orqanlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə İdarəni təmsil etmək, onların işində iştirak etmək;

4.1.8. Dövlət qulluqçularının dövlət sifarişi əsasında təcrübə, yenidənhazırlanmavə ixtisasartırma növləri üzrə əlavə təhsilə tələbatı struktur bölmə rəhbərləri ilə dəqiqləşdirmək və rəhbərliyə təkliflər vermək;

4.1.9. Fəaliyyət istiqamətlərinə uyğun olaraq xarici dövlətlərin təcrübəsini öyrənmək və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;

4.1.10. İdarənin struktur bölmələri və tabeliyində olan qurumlar tərəfindən hazırlanmış sənəd və layihələrin (məktub, arayış, sorğu, hüquqi akt və s.) hüquqi ekspertizasını həyata keçirmək və onların qanunvericiliyə uyğunluğunu yoxlamaq;

4.1.11. Fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı İdarəni dövlət orqanları, yerliözünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək,hüquqi və qanuni mənafelərini müdafiə etmək;

4.1.12. İdarədə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçiqruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli vəbeynəlxalq tədbirlərdə İdarəni təmsil etmək, onların işində iştirak etmək;

4.1.13. İdarənin struktur bölmələrində və tabeliyində olan qurumlarda idarəetmənintəkmilləşdirilməsi, səlahiyyətlərin dəqiqləşdirilməsi, fəaliyyətin yaxşılaşdırılmasıbarədə təkliflər hazırlamaq;

4.1.14. İdarə rəhbərliyinin əmr və göstərişləri ilə, eləcə də fəaliyyət istiqamətlərinəuyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

5.    Sektorun fəaliyyətinin təşkili

 

5.1.Sektor öz işini Milli Arxiv İdarəsinin yarımillik əsas tədbirlər planlarının tərkib hissəsi olan və İdarənin rəhbərliyi tərəfindən təsdiq olunan müvafiq planlar üzrə təşkil edir;

5.2. Sektora Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən müdir rəhbərlik edir;

5.3. Sektorun digər əməkdaşları İdarənin rəisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir;

5.4. Sektor müdiri:

5.4.1. Sektorun fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.4.2. Sektorun əməkdaşları arasında onların vəzifə təlimatlarına müvafiq olaraq iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir və davranışlarının etik davranış qaydalarına uyğunluğunu müntəzəm təhlil edir;

5.4.3. İdarənin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini İdarənin rəhbərliyinə təqdim edir;

5.4.4. Sektorun inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətininqiymətləndirilməsini həyata keçirir;

5.4.5. Sektorun əməkdaşları barəsində həvəsləndirmə və ya intizam tənbehi tədbirləri görülməsi barədə İdarənin rəisinə təqdimat verir;

5.4.6. Sektora daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;

5.4.7. Sektorun əməkdaşlarının ixtisaslarının artırılması və əmək şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirlər həyata keçirir;

5.4.8. Sektorda kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;

5.4.9. Sektorun səlahiyyətinə daxil olan bütün məsələlər üzrə AzərbaycanRespublikasının Milli Arxiv İdarəsini təmsil edir;

5.4.10. Sektor müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada sektorun inzibati vəzifə daşıyan əməkdaşlarından biri həyata keçirir;

5.5. Sektorun müdiri və əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

 

 



Bugün: 806
Dünən: 988
Bu həftə: 4387
Son həftə: 5867
Bu Ay: 20085
Son Ay: 20754
Bu İl: 85386
Ümumi: 1105807
1105807