Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

RƏHBƏRLİK

Son Yenilənmə : 2023-11-23 11:50:48
Baxış sayı : 5998

                                                           AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ ARXİV İDARƏSİ RƏİSİNİN MÜAVİNİ

                                   

                                   HƏSƏN ABDULLA OĞLU HƏSƏNOV

    1963-cü ildə Azərbaycan Respublikası Zaqatala rayonu Yuxarı Çardaqlar kəndində anadan olub.

   1984-1990-cı illərdə Bakı Dövlət Universitetinin tarix fakultəsində təhsil alıb. 1983-cü ildən Bakı Baş Tikinti idarəsinin tabeliyində olan müxtəlif müəssisələrdə fəhlə, xüsusi işlər üzrə inspektor, kadrlar şöbəsinin rəisi vəzifələrində çalışıb.

   2003-cü ildən Milli Arxiv İdarəsi sistemində  aparıcı arxivşi kimi əmək fəaliyyətini davam etdirib. 2005-ci ildə Milli Arxiv İdarəsi aparıtının Təşkilat metodika və beynəlxalq əlaqələr şöbəsinə dövlət qulluğuna işə qəbul edilib. Həmin şöbədə aparıcı məsləhətçi, baş məsləhətci vəzifələrində çalışıb. 2011-ci ildə İdarə aparatının Komplektləşdirmə, idarə arxivləri və kargüzarlıq şöbəsinin müdiri vəzəfəsinə təyin olunub. Dövlət qulluğunun müşaviri ixtisas dərəcəsinə malikdir. 

    Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 dekabr tarixli, 770 nömrəli Sərəncamı ilə Milli Arxiv İdarəsi rəisinin müavini təyin edilmişdir. 

   H.Həsənov fəaliyyəti dövründə arxiv işi sahəsinə aid qanunvericilik aktlarının təkmilləşdirilməsində yaxından iştirak etmiş, onun rəhbərlik etdiyi işçi qrupu  dövlət və bələdiyyə orqanlarında, idarə müəssisə və təşkilatlarda  arxiv işinin təşkilinə dair Təlimat, ümumi idarəçilikdə və istehsalat sahələrində yaranan sənədlərin saxlanma müddətlərini müəyyən edən Nümunəvi Siyahı, sahə ilə bağlı   digər normativ hüquqi sənədlər, metodiki göstərişlər hazırlamışdır. Milli arxiv fondunun daimi olaraq yeni sənədlərlə komplektləşdirilməsi, onların dövlət və idarə arxivlərində təşkili, uçotunun aparılması və tərkibinin optimallaşdırılması sahəsində əməyi vardır.

  H.Həsənov müxtəlif illərdə Beynəlxalq Arxiv Şurasının təşkil etdiyi elmi konfranslarda, ixtisasartırma kurslarında iştirak etmişdir. Onun elmi-metodiki xarakterli, həmçinin arxiv sənədləri əsasında hazırlanmış məqalələri dövri mətbuatda çap olunmuşdur.

     Ailəlidir, iki övladı vardır.           



Bugün: 459
Dünən: 822
Bu həftə: 1281
Son həftə: 5867
Bu Ay: 16979
Son Ay: 20754
Bu İl: 82280
Ümumi: 1102701
1102701