Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

RƏHBƏRLİK

Son Yenilənmə : 2024-03-04 07:44:20
Baxış sayı : 14333

                                   AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ ARXİV İDARƏSİNİN RƏİSİ

 

     

                         ƏSGƏR ADİL OĞLU RƏSULOV 

 

       1954-cü ildə Naxçıvan şəhərində anadan olub. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib.

      1980-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Ərəb dili kafedrasında baş laborant kimi elmi-pedaqoji fəaliyyətə başlayıb.   1981-2012-ci illərdə Yaxın və Orta Şərq dilləri (1991-ci ildən Türk filologiyası) kafedrasında müəllim, baş müəllim, dosent və professor vəzifələrini tutub.

      1976-1979 və 1989-1995-ci illərdə Türkiyə Respublikasında uzunmüddətli xarici ezamiyyətdə olub, tərcüməçi və referent işləyib.

      1983-cü ildə filologiya elmləri namizədi, 2006-cı ildə filologiya elmləri doktoru elmi dərəcəsi almışdır.

      2012-ci il 26 noyabr tarixindən 2018-ci il 31 iyul tarixinədək Milli Arxiv İdarəsi rəisinin müavini vəzifəsində işləmişdir.

      Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli, 369 nömrəli Sərəncamı ilə Milli Arxiv İdarəsinin rəisi təyin edilmişdir. 

   10-dan artıq kitabın, 15 fənn proqramının, 200-ə yaxın elmi və ədəbi-tənqidi məqalənin müəllifidir. İndiyə qədər çox sayda elmlər doktoru və fəlsəfə doktoru dissertasiya işinin məsləhətçisi, rəhbəri və rəsmi  opponenti olmuşdur. AMEA Nizami Gəncəvi adına  Ədəbiyyat İnstitutu nəzdində fəaliyyət göstərən ED.105 - Dissertasiya Şurasının üzvüdür. 

     Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilmişdir.  Səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur.

       Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 2 mart tarixli Sərəncamı ilə  2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

       Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

      Ailəlidir, üç övladı var. 

 

 

     

 



Bugün: 580
Dünən: 859
Bu həftə: 3487
Son həftə: 4358
Bu Ay: 19617
Son Ay: 22161
Bu İl: 64164
Ümumi: 1084585
1084585