Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Milli Təhsil Quruculuğu Tarixindən: “Azərbaycan Xalq Cümhuriyyəti dövründə xalq və ali-ibtidai məktəb müfəttişləri və müəllim seminariyaları direktorlarının ilk qurultayı (13-28 dekabr 1918-ci il).

Son Yenilənmə : 2018-10-29 23:52:19
Baxış sayı : 2768

Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920)1918-ci il dekabrın 13-dən 28-dək olan müddətdə milli təhsilquruculuğu tariximizdə əhəmiyyətli rolu olmuşxalq və ali-ibtidai məktəb müfəttişlərinin, müəllim və  pedaqoqların, təhsil  işçilərinin  ilk qurultayı  keçirilmişdir. Həmin  əlamətdar hadisədən  100 il  keçməsinə  baxmayaraqBakı şəhərində, 2-ci  real  məktəbinin  zalında Xalq Maarif Nazirinin müavini Həmid bəy Şahtaxtinskinin sədrliyi ilə keçirilmiş qurultayın materialları  müasir dövrdə də unudulmur  və bu gün də  dərin hörmət və ehtiramla öyrənilir, tədqiq edilir və gənc  nəslin   elmi - pedaqoji  biliyinin  artırılmasında  istifadə  edilir. Azərbaycan xalq maarifi və  məktəbinin  bu və ya digər tarixi mərhələlərdə necə inkişaf etdiyini, hansı inkişaf mərhələlərindən keçdiyini öyrənmək hər zaman olduğu kimi bu gün də zəruridir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi:” Azərbaycan təhsil tarixi hər birimizin fəxr  etdiyi nailiyyətlərlə zəngindir. Azərbaycan müəllimləri bütün tarix boyu təhsildə daim  varisliklə novatorluğu, ənənə ilə islahatın vəhdətini öz fəaliyyətlərində əks etdirmişlər....”Təhsil əsri”adı qazanmış XXI əsr Azərbaycan təhsilinin də yeniləşməsini və müasirləşməsini tələb edir.”

 Cümhuriyyət  dövründə çağırılmış ilk qurultayının təhsil tariximizdəki  əhəmiyyətli rolunu nəzərə alaraq həmin qurultayın fəaliyyətinə bir daha nəzər yetirmək və milli təhsil quruculuğunda  xidmətləri olmuş  tanınmış maarif fədailərini böyük hörmət və ehtiramla yad etmək, həmçinin  gənc nəslin elmi-pedaqoji biliyinin artırmaq məqsədilə arxiv sənəd və materialları əsasında hazırladığım bu məqaləni hörmətli  oxucularımızın diqqətinə çatdırıram: 

Azərbaycan Xalq Cümhutiyyəti hökumətinin qarşısında duran ən vacib məsələlərdən biri də yenicə yaradılmış Respublikada xalq maarifi və təhsilinin    inkişafına, savadsızlığın və geriliyin aradan  qaldırılmasına, məktəb- təhsil işinin geniş surətdə yayılmasına nail olmaqdan ibarət idi. Qarşıda duran məqsədlərə çatmaqdan ötrü xalq maarifinin yayılması üzrə çoxşaxəli tədbirlərin, o  cümlədən ibtidai, ümumi orta, texniki və peşə təhsili üzrə anadilli məktəblər şəbəkəsinin yaradılması, məktəb və təhsil işinin milli köklər üzərində yenidən  qurulması, ana dilində milli proqram və dərsliklərin işlənib hazırlanması və nəşr edilməsi, qadınların dünyavi təhsil alması üçün müvafiq təhsil ocaqlarının açılması,yaşlıların təhsili üzrə lazımi tədbirlərin həyata  keçirilməsi təxirəsalınmaz bir vəzifə kimi milli hökumətin və Xalq  Maarif Nazirliyinin qarşısında dayanırdı. Bu vəzifənin ölkəmiz üçün nə qədər böyük  əhəmiyyət kəsb etdiyi Respublikamızın Dövlət Arxivi və Dövlət Tarix Arxivinin  müvafiq  fondlarında saxlanılan tarixi  sənədlərdə öz əksini tapmışdır. Məsələn, Azərbaycan Respublikası Xalq Maarif Naziri N.b.Yusifbəylinin 1918-ci ilin dekabr ayında Bakı Qubernatotuna göndərdiyi məktubda qeyd edilirdi:“ 1917-ci il çevrilişinədək Rusiya hökuməti özünün xüsusi siyasi niyyətlərini əldə rəhbər tutaraq, xalqın maarifləndirilməsi işinə çox az qayğı göstərmişdi. Ölkədəki məktəblərin vəziyyəti olduqca acınacaqlı idi. Xalq məktəbləri özünün dözümlüyü baxımından dövlət orqanizmindəki “sağalmaz yaranı“xatırladırdı.Çar hökuməti bununla barışmağa məcbur idi və eyni zamanda  məktəbləri məhdud çərçivədə saxlamaqdan ötrü müxtəlif tədbirlər həyata  keçirirdi. Xalq maarifinin daşıyıcıları olan xalq müəllimləri çar hökuməti  tərəfindən müxtəlif təhqir və təqiblərə məruz  qalırdılar... Həmin hökumətin   ucbatından hazırda Azərbaycanın bütün ərazisi boyu məktəblərə böyük ehtiyac duyulur    indi Nazirlik bütün qüvvəsini yeni məktəblərin, müəllim kurslarının və  s. açılmasına yönəldərək mümkün qədər qısa müddətdə ölkədə maarif və təhsil  işini lazımi səviyyədə qurmağa  çalışır. Çünki, indiki zamanda yalnız savadlı  xalqın sərbəst yaşamağa hüququ və imkanı vardır. Xalqın mövcud vəziyyətə ayıq münasibət göstərməsi və onun vətənə şüurlu məhəbbət ruhunda tərbiyə olunması vacibdir. Bu işin öhdəsindən xalq  maarifi və onun daşıyıcısı olan  xalq müəllimləri  gələ bilərlər.Vətənin mövcudluğunu və tərəqqisini əziz tutan hər bir vətəndaşın  mənəvi borcudur ki, bütün qüvvəsini fəaliyyətdə olan məktəblərə dəstək olmağa yönəltsin və yeni məktəblərin açılması işinə əlindən gələn köməkliyi etsin.Təbiidir ki, xalq müəllimlərinə, onların böyük və  ağır əməyinə cəmiyyətdə layiqli yüksək yer ayrılmalıdır.” Məktubda Bakı qubernatorundan həmçinin xahiş edilirdi ki, “onun tabeçiliyində olan bütün təşkilatların rəhbərlərlərinə tapşırılsın ki, onlar ölkədə məktəblərin açılması və məktəblərin fəaliyyətinin təmin edilməsi,  məktəb  rəhbərlərinin və xalq müəllimlərinin bütün ehtiyaclarının ödənilməsi işinə dəstək  olsunlar ki, müəllimlər də öz müqəddəs vəzifələrini  layiqincə yerinə yetirə bilsinlər. Ölkənin  gələcək taleyi bu işlərin müvəffəqiyyətindən çox asılıdır.”

Azərbaycan Respublikasının Dövlət Arxivlərində mühafizə edilən arxiv sənəd və materiallar   digər tarixi mənbələr təsdiq edir ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yarandığı ilk vaxtdan etibarən xalq  maarifi,təhsil və mədəniyyətinin inkişaf etdirilməsini taleyüklü məsələ kimi ön  cərgəyə  çəkmişdir. Çünki, Respublikada xalq maarifi qarşısında duran məsələləri  həll etmədən müstəqilliyini yenicə  əldə etmiş ölkənin gələcək inkişafını təmin  etmək,onun iqtisadi qüdrətini möhkəmləndirmək  mümkün deyildi. Respublikada  maarif, təhsil, təlim-tərbiyə işinin ən aktual məsələlərini yubanmadan müzakirə  etmək və həlli yollarını tapmaqdan ötrü Xalq Maarif Nazirliyinin təşəbüsü ilə Bakı  şəhərində 2-ci real məktəbin zalında 1918-ci il dekabr ayının 13-dən  28-dək  olan  müddətdə Xalq Maarif Nazirinin müavini,  Həmid bəy Şahtaxtinskinin sədliyi ilə  xalq və ali-ibtidai məktəb müfəttişləri və müəllim seminariyaları direktorlarının  qurultayı çağırıldı. Azərbaycan Hökumətinin 17 dekabr 1918-ci il tarixli qərarı ilə bu qurultaya ezamiyyə edilmiş şəxslərin həmin müddətdə yaşayış xərclərinin ödənilməsi üçün Xalq Maarif Nazirinin sərəncamına 24 min pub. həcmində pul  vəsaiti ayrıldı.

Ölkəmizdə tanınmış pedaqoqların, maarif və təhsil xadimlərinin - Həmid bəy  Şahtaxtinski, Azad bəy Əmirov, Rəşid bəy Əfəndiyev, Soltan Məcid Qəniyev, Abdulla bəy Əfəndiyev, Firidun bəy Köçərli, Cavad Cuvarlinski, Səməd bəy Acalov, Əhməd ağa  Mustafayev, M.Mahmudov,N.Nərimanbəyov, Ş.Səfərəlibəyov və başqalarının iştirakı ilə  keçirilmiş həmin qurultay böyük əhəmiyyətə malik olmuşdur. Qeyd edirik ki, qurultayda  müzakirə ediləcək məsələlərin siyahısı Xalq Maarif Nazirliyinin xalq təhsili üzrə baş idarəsinin rəisi  Azad bəy  Əmirov tərəfindən qurultay iştirakçılarına əvvəlcədən  göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin müvafiq fondlarında saxlanılan  sənədlər  araşdırılarkən Xalq təhsili üzrə baş idarənin rəisi A.b. Əmirovun Qazax  müəllimlər seminariyasının direktoru F.b. Köçərliyə göndərdiyi siyahı  aşkar edilmişdir. Həmin siyahıda  qurultayın müzakirəsinə çıxarılmış məsələlərin  aşağıdakılardan ibarət olduğu göstərilirdi:

I.Maliyyə  məsələləri.1919-cu  ilə  dair  xərclər  smetasının  müzakirəsi:1) ibtidai  məktəblər  üzrə; 2) ali-ibtidai  məktəblər  üzrə; 3) Maryinski  məktəbləri  üzrə; 4) sənət məktəbləri  üzrə; 5) xalq  məktəb  müfəttişlərinin dəftərxanaları  üzrə.

Qurultayda  xərclər  smetasının  müzakirəsi  ilə  əlaqədar  müəyyən  vəzifələrin  ləğvi    yeni  vəzifələrin  təsis  edilməsi  məsələlərinə  baxılması  da nəzərdə   tutulmuşdur.

II. İnzibati  məsələlər: Xalq  məktəbləri  müfəttişlərinin  ali-ibtidai, Maryinski və sənət  məktəbləri,habelə  digər  aşağı  kateqoriyalı  məktəblərə  olan  münasibəti. Yuxarıda  adları  sadalanan  məktəblər  üzrə  ayrılan  xərclərə  dair  izahatın  verilməsi.

III. Proqram  məsələlər:

İbtidai məktəblərin  eynitipliyi (zemstvo,normal,prixod /məhəllə/ və s;İbtidai  məktəblər  üçün  proqram    dərsliklərin  tərtib  edilməsi.

IV.Ümumi  xarakterli  məsələlər:

Müəllim  kursları  və onun  bəndləri; Rayon  qurultayları; Dəftərxana  yazışmalarının  üsulları  və əsasən    pul  hesabatlarının  aparılması  yolları  ilə  tanış  olması  məqsədilə  müəllimlər  üçün  kursların  keçirilməsi; Kənd  sakinləri  üçün  mütaliyələrin  keçirilməsi;Əlifba  məsələsi;müəllimlərin  hərbi  mükəllifiyyətə  münasibəti; Peşə  təhsilinin  təşkili; Sinifdən  xaric  oxu;Uşaq  bağçaları; Məktəb    pedaqoji  muzeylər; Məktəb  və müəllim  ekskursiyaları; Məktəb  dərman  qutuları; Məktəb  əmanət  kassaları; Hərbi    digər  gimnastika; tarixi,coğrafivə  digər  müsəlman  xəritələri; Səyyar  müsəlman  əlifbaları; Xalq  məktəbləri müfəttişləri nəzdində  dərs  vəsaiti  anbarları.

Siyahıda qeyd olunan məsələlər ölkəmizdə maarif, təhsil, məktəb-tədris və  təlim-tərbiyə işinin aktual və həlli yubanmadan tələb olunan tapşıriqlar kimi qurultayın müzakirəsinə çıxarılmışdır.Qurultayın müzakirəsinə çıxarılmış məsələlərin çoxşaxəli və mürəkkəbol­du­ğu­nu nəzərə alaraq, həmin məsələlərin ətraflı müzakirə edilməsi və praktiki əhəmiyyətə ma­lik qərarların qəbul edilməsi üçün qurultayın dekabrın 17-də keçirilmiş 3-cü iclasında müxtəlif sa­hələr üzrə təcrübəli pedaqoq və təhsil mütəxəssislərindən ibarət səriştəli  komis­si­ya­la­rın yaradilması haqqında qərar qəbul edildi. Həmin komissiyalar ayrı-ayrı sahələr üzrə aşağıdakı tərkibdə yaradılmışdır:

1/ ali-ibtidai məktəblərin smetasının işlənib hazırlanması üzrə komissiyanin tər­ki­bi: S. Acalov; A. Mahmudov; Ə.Mustafayev; M.b.Əfəndiyev; B.Kiçikxanov;

2/ Maryinski və sənət məktəbləri üzrə smetanın işlənib hazırlanması üzrə-V.Y.Va­silyev; H.Nərimanbəyov; İ.Qəbulov və C.Cuvarlinski;

3/ Müfəttişlərin dəftərxanalarının smetasının işlənib hazirlanması və ali-ibtidai, sə­nət və Maryinski məktəblərinin müfəttişliyə münasibəti üzrə - Ş.Səfərəlibəyov; A.Mi­nasazov; M.b.Quliyev; A.Qiyasbəyov; M.Mahmudov; A.Mustafayev;

4/ Aşağı ibtidai məktəblərin eynitipliyi üzrə- Gəncə müəllimlər seminariyasının direktoru V.Y.Vasilyev; Xalq   məktəbləri  inspektorları:-Nuxa  qəzası  üzrə  Abdulla bəy  Əfəndiyev, Naxçıvan qəzası üzrə Rəşid bəy Əfəndiyev; Gəncə qəzası üzrə Cavad bəy Cuvarlinski və Zaqatala quberniyası üzrə İsmayıl bəy Qəbulov.

Məktəb və müəllimlərin əməli fəaliyyətlərinə kömək göstərəcək qərarların  qəbul edilməsi məqsədilə Qurultayın gündəliyinə çıxarılmış yuxarıda qeyd olunmuş məsələlər üzrə ətraflı müzakirələr aparılmışdı.Qurultayda iclasların gün ərzində  fasiləsiz olaraq gərgin keçdiyi barədə hökumətin mətbu orqanı olan “Azər­baycan” qəzetində də məlumat verilmişdir.Qurultayda“Aşağı ibtidai məktəblərin eynitipliyi”  məsələsi üzrə yaradılmış komissiyanın de­kabrın 17-də keçirilmiş iclasında qurultayın  sədri,Xalq Maarif Nazirinin müavini Həmid bəy Şah­taxtinskinin zemski, normal, prixodski adlanan aşağı ibtidai məktəblərin eyni­tip­li­lik prinsipinin həyata keçirilməsi haqqında təklifi dinlənildi.Komissiya üzv­lə­ri məktəblərin vahidliyinə nail olmaqdan ötrü belə  nəticəyə gəldilər ki, Res­pub­li­ka­da fəaliyyət göstərən və son nəticə etibarı ilə eyni məqsəd güdən bütün aşağı ibtidai mək­təblər “Azərbaycan Respublikası Xalq Maarif Nazirliyinin aşağı ibtidai mək­təb­ləri“ vahid termin altında birləşdirilsin və onların saxlanması üçün tələb olu­nan xərc­lər dövlət  xəzinəsindən  maliyyələşdirilsin.  Komissiya  aşağıdakı  amil­lərə  əsaslanaraq  belə  bir  nəticəyə  gəlmişdir:

1) hazırda zemski adlandırılan aşağı ibtidai məktəblərin müəyyən bir qrupunun  dövlət xəzinəsindən maliyyələşdirilməsi, habelə  zemski rüsumlarının xəzinənin  mə­da­xi­li­nə yönəldilməsi haqqında qurultayın qərarından sonra  həmin məktəblərin  zemski  ad­lan­dı­rılmasına əsas və ehtiyac qalmır. Çünki, həmin məktəblər yalnız bir əlamətinə görə - zems­ki rüsumlarından asılılığına görə zemski məktəbləri  termini  altında  ayrıca  bir  qrupda   birləşdirilmişdir.

2) 1828-ci ilin nizamnaməsinə  görə  prixodski  adlandırılan  məktəblərdə  təlim-tər­biyə  işinin  müasir  qoyuluşu  onun  yaradılmasının  ilkin  məqsədlərindən  çox uzaq­laş­dırıldığından indi həmin məktəbləri 1828-ci ilin nizamnaməsinə görə prixodski  ad­landırmaq  doğru  olmazdı.İlkin fikrə görə həmin məktəblər dar -klerikal xarakter daşımalı, təhsil üsulu isə Lan­kas­ter sistemi üzrə olmalı idi.Yeri gəlmişkən qeyd edirik ki, Jozef Lankaster (25 noyabr 1778 - 23 oktyabr 1838), ingilis pedaqoqu, xalq təhsili üzrə novator; yoxsul uşaqların təlimi ilə pulsuz məşğul olmuşdur. İlk belə məktəbi 1798-ci ildə açmış, sonralar geniş yayılmış orijinal məktəb sistemini işləyib hazırlamışdır. 1808-ci ildə özünün ilk normal nəktəbini yaratmışdır.Özü işləyib hazırladığı sistemin məktəbləri üçün müəllim hazərlayan ilk məktəbi 1818-ci ildə açmışdır.Lakin  müasir prixodski məktəbləri öz daxili quruluşuna gö­rə digər aşağı ibtidai məktəblərdən fərqlənmədiyini    onun  adının isə daxili mahiy­yə­tinə uyğun gəlmədiyini nəzərə alaraq, komissiya həmin addan imtina etməyi    bu  adda  fəaliyyət  göstərən  məktəbləri  digər  aşağı  ibtidai  məktəblər kimi “Xalq Maarif Nazirliyinin aşağı ibtidai məktəbləri” adlandırmağı  qərara  aldı.

 3/ Komissiya, normal kənd məktəbləri məsələsi  üzrə 1873-cü ildən Zaqafqaziya di­yarında, o cümlədən Azərbaycanda meydana gəlmiş normal kənd məktəbləri ter­mi­na­logiyasını da ləğv etmək qərarına gəlmişdir. Komissiyanın bu qərara gəlməsinə baş­­lıca səbəb həmin məktəblərdə çalışan müəllimlərin hüquqi vəziyyətinin digər xalq müəl­limlərinin huquqi vəziyyəti ilə ədalətli müqayisəsi olmuşdur. Belə ki, bütün  xalq müəl­limlərinin  mövcud  qanunvericiliyə görə dövlət qulluğuna  aid edilmədiyi və dövlət qulluquına verilən hüquqlardan istifadə  edə  bilmədikləri  halda,  həmin məktəblərdə çalışan xalq müəllimləri belə hü­quq­lardan istifadə edirdilər. Normal kənd məktəblərində çalışan müəllimlər vəzifəyə təyin olunmaq, orden almaq, ən başlıcası isə xəzinədən təqaüd almaq hüququna malik olduğu halda digər xalq müəllimləri həmin hüquqdan məhrum idilər. Yaranmış vəziyyəti nəzərə alaraq komissiya belə qənaətə gəlmişdir ki, xalq müəllimləri ara­sın­da ayrı seçkiliyə yol vermək, onları “doğma” və “ögəy” oğullara ayırmaq olmaz. Normal kənd məktəblərinin də təxirə salınmadan aşağı ibtidai məktəblərin ümumi vahid ailə­si­nə daxil edilməsi vacib sayılsın və aşağı ibtidai məktəblərdə çalışan bütün mü­əll­im­lə­rin dövlət qulluğunda olduğu tanınsın, onlara dövlət qulluğuna aid hüquq və im­ti­yaz­lardan həm işlədikləri müddətdə, həm də təqaüdə çıxarkən istifadə etmək hüququ ve­rilsin.

Qurultay nümayəndələrindən dərsliklər üzrə seçilmiş komissiyanın iclası da dekabrın 17-də keçirilmişdir.Dərsliklər barədə seçilmiş komissiyanin tərkibı aşadakı təcrübəli pedaqoq və təhsil mütəxəssislərindən ibarət idi:

        1/ Bakı quberniyası xalq məktəblərinin direktoru - Sultan Məcid Qəniyev;

2/ Şuşa və Cavanşir qəzaları xalq məktəbləri müfəttişi-Həşim bəy Nərimanbəyov;

3/ Naxçıvan qəzası xalq məktəbləri müfəttişi-Rəşid bəy Əfəndiyev. (119.,v.14)

Məsələ ilə bağlı məruzə Rəşid bəy Əfəndiyev tərəfindən təqdim edilmişdir:

Komissiya əldə olan dərsliklərə baxdıqdan sonra onlardan aşağıdakıları yararlı hesab edərək ibtidai məktəblərdə təcrübədən keçirməyi qərara aldı:

1/ Birinci bölmədə ilk dərslərin deyilməsi üçün Mahmud bəy Mahmudbəyonun “Türk əlifbası” və Aleksey Osipoviç Çernyayevskinin “Vətən dili”dərsliyi qənaət­bəxş hesab edilsin.

2/ İbtidai məktəblərin həmin bölməsində hesab dərsi üzrə Qafur Rəşadın hesab dərsliyi qəbul edilsin.

3/ İbtidai məktəblərin ikinci bölməsində dil və oxu dərsi üçün Bakı müəl­lim­lə­ri­nin tərtib etdikləri kitablar/adları göstərilmir-R.S./ hələlik qənaətbəxş hesab edilsin.

4/ Bu bölmədə hesab fənni üzrə hələlik Qəbulovun “Rəhbər-Hesab” dərsliyi və Həmid bəy Usubbəyovun hesab elmi kitabı qəbul edilsin.

5/ 3-cü bölmədə dil fənni üçün Rəşid bəy Əfəndiyevin “Bəsirət-ül-ətfal” kita­bın­dan istifadə edilsin.

6/ Bu bölmədə hesabdan dərs keçmək üçün Həmid bəy Usubbəyovun “Elm-Hesab” kitabı qəbul edilsin.

7/ 4-cü və 5-ci bölmələrdə Abdulla Şaiqin /Gülzar/ və Ağayevin müntəxəbatı /ədəbi əsərlərin toplusu/ təcrübədən kecirilsin.

8/ Qafur Rəşadın / Rəhbər  Sərf/  və Axund Yusif Talıbzadənin / Sərf-Türkisi/.

9/ Ali-ibtidai məktəblərin bölmələrinin ilk və son buraxılışına Saleh Zəkinin təbiətşünaslığı keçirilsin.

10/ Ali-ibtidai məktəblərdə həndəsə üzrə “Elm-İndus” həndəsə dərsliyi təc­rü­bə­dən keçirilsin.

11/ Təbiətşünaslıq  üzrə  dərslik  məruzədə  göstərilməmişdir.

12/ Ali-ibtidai məktəblərdə coğrafiya fənni Həsən Fəridin yeni coğrafiya fənni üz­rə  tədris  edilsin.

13/ Tarix fənni üzrə hansı dərslik və kitabın tövsiyə edildiyi barədə komis­si­ya­nın iclas protokolunda heç bir məlumat qeyd edilməmişdir.

 14/ Digər yazılmış əsərlərlə bağlı komissiya yalnız Mirzə Məmməd Axund oğ­lu­nun “Hesab Sorğuları” sərlövhəli kitabına  baxaraq  qərar almışdı ki,aradan qaldırılması tələb olunan bəzi nöqsanlar müəllifin nəzərinə çatdırılsın.

Qurultayın  Xalq  Maarif  Nazirinin müavini Həmid bəy Şahtaxtinskinin sədrliyi ilə dekabrın 18-də  keçirilmiş  növbətı  iclasında əvvəlki iclaslarda iştirak etmiş nü­ma­yən­dələrdən əlavə olaraq, Lənkəran  qəzası  xalq  məktəbləri  müfəttişi G.N.Te­te­rev­yat­nikov da iştirak edirdi. İclasın gündəliyinə müzakirə üçün beş məsələ çıxarılmışdır:

1/ 1918-ci ilin yanvar-dekabr ayları üzrə müəllimlərin tam şəkildə ala bilmə­dik­lə­ri maaşları barədə;

2/ məktəblərin dava-dərman və dərslik vəsaitləri ilə təmin edilməsi üçün dövlət xəzinəsindən müəyyən məbləğin ayrılması;

3/ məktəbi idarə etdiyinə, gimnastika, nəğmə, peşə dərslərini kediyinə görə müəl­limlərin mükafatlandırılması;

4/ idarə / upravski/  məktəblərinin  maliyyələşdirilməsi  barədə;

5/ müəllimlərin  təqaüd  kassaları  barədə.

 Qurultayda  aparılmış  gərgin  müzakirələrin  nəticəsi  olaraq  həmin   məsələlərin  həlli  yolları  müəyyən  edilmişdir. Qurultayda  iclasların  gün  ərzində  fasiləsiz  olaraq  gərgin  keçdiyi  barədə  hökumətin  mətbu  orqanı  olan  “Azərbaycan”  qəzetində    məlumat  verilmişdir.

İbtidai  məktəblərin(zemski;normal;prixodski adlanan  aşağı  ibtidai  məktəblərin-R.S.)  eynitiplilik  prinsipinin  həyata  keçirilməsi  məqsədilə  respublikada  fəaliyyət  göstərən    son  nəticə  etibarilə  eyni məqsəd  güdən  bütün  aşağı  ibtidai  məktəblərin  “Azərbaycan  Respublikası  Xalq  Maarif  Nazirliyinin  aşağı  ibtidai  məktəbləri”  vahid  termini altında  birləşdirilməsi, xalq  müəllimlərinin  hüquqi  vəziyyətinin  eyniləşdirilməsi,onlar  arasında  əvvəlki  dövrlərdə  yol  verilmiş  ayrıseçkiliyin  aradan  qaldırılması    onların  saxlanması  xərclərinin  dövlət  xəzinəsindən maliyyələşdirilməsi; Cəmiyyətlə  məktəblər  arasında  mübahisələr  doğuran,məktəb    müəllimlərin  nüfuzuna  xələl  gətirən  məktəblər  üzrə  məktəb  mükəlləfiyyətləri  barədə  icma  qərarlarının  ləğv  edilməsi; yeni  tədris  proqramlarının  işlənib  hazırlanması,dərsliklərin  seçilməsi; məktəbdən  xaric  təhsil    bununla  bağlı  məktəb  kitabxanalarının  təşkili; şagirdlərin  tarixlə  vətənpərvərlik  ruhunda  tərbiyələndirilməsi  üzrə  işlərin  qoyuluşu; uşaq    pedaqoji  jurnalların  buraxılması; uşaq  bağçalarının  yaradılması; ibtidai  məktəblərdə  bədən  tərbiyəsi  işinin  təşkili; müəllim  qıtlığı  problemi    onun  həlli  yollarının  araşdirilması;  müəllimlərin  əməyinin  ödənilməsi    s. həlli   təxirəsalınmadan tələb  olunan  məsələlər  üzrə  muvafiq  qərarlar  qəbul  edilmiş, təklif    tövsiyyələr  verilmişdir  ki, bu  da  öz  dövrünün  tələblərinə  uyğun  yeni  məktəb  quruculuğu    məktəb  islahatı  işində  olduqca  əhəmiyyətli  olmuşdur.Təsadüfü  deyildir  ki, qurultayın  dekabrın  24-də  xalq  təhsili  üzrə  baş  idarənin  rəisi  A.Əmirovun  sədrliyi  ilə  keçirilmiş  iclasında  Nuxa-Ərəş  rayonu  xalq  məktəbləri  müfəttişi, ali  pedaqoji  təhsilli  Abdulla  bəy  Əfəndiyev (görkəmli  pedaqoq  Rəsid  bəy  Əfəndiyevin  qardaşıdır-R.S.)    təklif  etmişdir ki,qurultayın  fəaliyyətini  əks  etdirən  hesabat  tərtib  edilsin    çap  edilərək  bütün  müfəttişliklərə  göndərilsin. Onun  fikrincə  qurultayda  müzakirə  edilən  məsələlər    qəbul  edilmiş  qərarlar, məktəb-tədris    təlim-tərbiyə   işlərinin müxtəlif  sahələri  üzrə  irəli  sürülən  elmi-pedaqoji  ideya    təkliflər  Respublikada  aparılan  yeni  məktəb  quruculuğu  işində  olduqca   əhəmiyyətlidir    təhsil  işçilərinin,o cümlədən  direktor, müfəttiş    müəllimlərin  fəaliyyət  proqramına  çevrilməlidir. Müfəttiş  A.Əfəndiyevin  təklifi  qurultay  tərəfindən  qəbul  edilmişdir.

Qurultayın  qərarlarını  əsas  tutan  Xalq  Maarif  Nazirliyi  sonralar  həmin  qərarların  bir  çoxunun  həyata  keçirilməsi  məqsədilə  Azərbaycan  Xalq  Cümhuriyyəti  Hökuməti     Parlamenti  qarşısında  məsələ  qaldırmış və müvafiq  qərar    qanunların  qəbul  edilməsinə  nail  olmuşdur  ki, onlardan  da  bəzilərini  qeyd  edirik:1) Xalq  müəllimlərinin  hərbi  mükəlləfiyyətdən  azad  edilməsi; 2)Türk (azərbaycan-R.S.) ştiftinin  əldə  edilməsi  üçün  Xalq  Maarif  Nazirinin  sərancamına  200  min  rubl  həcmində  pul  vəsaitin  ayrılması  3) Lazımi  kitabların  alınması  üçün  Xalq  Maarif  Nazirinin  sərəncamına  18  min  rubl  həcmində  pul  vəsaitinin  ayrılması;4) Yoxsul  ailələrdən  olan  şagirdlərə  müvəqqəti  olaraq  birdəfəlik  müavinətlərin  verilməsi;  5) Aşağı  ibtidai  məktəb  müəllim    qulluqçularının   maaşları  barədə  Parlament  tərəfindən  qəbul  edilmiş  qanun     başqaları.

Qeyd  edirik  ki,bu  qurultayda  müzakirə  edilmiş  məsələlər    qəbul edilmiş  qərarlar, irəli  sürülmüş  elmi-pedaqoji  ideya    təkliflər  sonralar  1919-cu  il   avqustun  20-dən  sentyabrın  1-dək  olan  müddətdə  Bakı  şəhərində  Azərbaycan  xalq  müəllimlərinin keçirilmiş  növbəti  qurultayında  bir  qədər    inkişaf  etdirilərək  təkmilləşdirilmiş    Respublikanın  təhsil    maarif  işçilərinin  fəaliyyət  proqramına  çevrilmişdir. Məktəbləri  ölkənin  əsas  mədəni  dayağı  kimi  qiymətləndirən,  şəxsi  mənfəət  ardınca  qaçmayaraq  həyatını  Respublikanın  kənd,rayon    şəhərlərində Facebook Twitter Google VK


Bugün: 35
Dünən: 871
Bu həftə: 2477
Son həftə: 4759
Bu Ay: 12308
Son Ay: 20754
Bu İl: 77609
Ümumi: 1098030
1098030