Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsi tərəfindən hazırlanan yeni elektron xidmətlər Elektron Arxiv Məlumat Sistemi (EAMS) və Elektron Hesabatlar Sistemi (EHS) AZƏRTAC Dövlət İnformasiya Agentliyi tərəfindən işıqlandırılmışdır.

Milli Arxiv İdarəsində istifadəçilərin rahatlığının təmin edilməsi məqsədilə elektron xidmətlərin təqdim olunması, arxiv həyatına aid olan məsələlərin işıqlandırılması, bütün sahələrə aid olan arxiv sənədlərinin ictimaiyyətə daha da geniş çatdırılması üçün lazımi tədbirlər görülməkdə davam edir.

      İdarədən AZƏRTAC-a bildirilib ki, ötən ildə bu məqsədlə rəsmi sayt vasitəsilə üç virtual sərgi təşkil olunaraq istifadəçilərin ixtiyarına verilib.

     İnformasiya əldə olunmasının rahat və müasir İKT avadanlıqlarının köməyi ilə daha əlçatan və prosesin sadələşdirilməsi üçün cari ildə Milli Arxiv İdarəsində İP Telefoniya sistemi istismara verilib ki, bu da istifadəçilərin vaxt itkisinə yol vermədən, rahatlıqla tələb etdikləri informasiya mənbəyinə birbaşa çıxmalarına şərait yaradır. Bundan əlavə, idarədə elektron xidmət bölməsi vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə vaxtaşırı müvafiq qurumlarla birlikdə zəruri texniki təhlükəsizlik tədbirləri görülür. Belə ki, “Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrasının təmin edilməsi məqsədilə cari ildə idarə tərəfindən texniki imkanları daha da genişləndirilmiş dövlət informasiya ehtiyatı olan “Elektron Arxiv Məlumat Sistemi” (EAMS) elektron hökumət portalına inteqrasiya edilərək istifadəyə verilməsi üçün müvafiq quruma rəsmi müraciət olunub.

 

 

Daha ətraflı bu http://azertag.az/xeber/Milli_Arxiv_Idaresinde_Elektron_Hesabatlar_Sistemine_kechid_yekunlasib-1027646 linkdən tanış ola bilərsiniz.  


Bugün: 868
Dünən: 978
Bu həftə: 4844
Son həftə: 7846
Bu Ay: 24260
Son Ay: 26944
Bu İl: 98425
Ümumi: 1411009
1411009