Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

“Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Finlandiyanın Milli Arxivi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır.

        “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Finlandiyanın Milli Arxivi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş”in imzalanması məqsədilə Finlandiya nümayəndə heyəti Bakı şəhərinə gəlmişdir.            

            Finlandiya Milli Arxivinin baş direktoru Yussi Nuortevanın başçılıq etdiyi nümayəndə heyətinə Finlandiya Milli Arxivi Elmi tədqiqatlar və araşdırmalar şöbəsinin direktoru dosent Pyavi Happenen, Rusiya və keçmiş SSRİ ölkələri ilə əlaqələr şöbəsinin direktoru, Finlandiya tarixinə aid sənədlərin axtarışı və elektronlaşdırılması layihəsinin rəhbəri prof. Dmitriy Frolov, Finlandiyanın Azərbaycandakı səfiri xanım Arya Makkonen və səfirliyin ikinci katibi xanım Tarya Parkkinen daxildir.

           Səfər çərçivəsində qonaqlar Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin və ömür gün yoldaşı, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini yad etmiş, həmçinin Şəhidlər Xiyabanında Vətənimizin azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın məzarlarını ziyarət etmiş, əklillər və tər gül dəstələri düzmüşlər.  

         23 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində sözügedən Sazişin imzalanma mərasimi olmuşdur. Sazişi Finlandiya adından Milli Arxivin baş direktoru Yussi Nuorteva, Azərbaycan Respublikası adından  Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov imzalamışdır.

            Səfər çərçivəsində qonaqlar Milli Arxiv İdarəsinin tabeliyindəki Dövlət Arxivi, Dövlət Tarix Arxivi, Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, Dövlət Kino-Foto Sənədləri Arxivi, Dövlət Elm və Texnika Sənədləri Arxivi, Dövlət Səs Yazıları Arxivində Finlandiya tarixinə aid olan sənədlərlə tanış olmuşlar. 

 


Bugün: 55
Dünən: 835
Bu həftə: 3332
Son həftə: 4759
Bu Ay: 13163
Son Ay: 20754
Bu İl: 78464
Ümumi: 1098885
1098885