Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

"AZƏRTAC" Dövlət İnformasiya Agentliyi tərəfindən 7087 saxlama vahidi fotosənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.

Təqdim edilən sənədlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ilin ikinci yarimilində Şirvan, Qax, Zaqatala, Samux, Gədəbəy, Yevlax, Şəmkir, Neftçala, Salyan, Qobustan, Şamaxı, Gəncə, Tərtər, Sabirabad və Naxçıvan MR-na səfərlərini, regionların sosial-iqtisadi inkişafını, Bakı şəhərində və Naxçıvan MR-da məktəb-liseylərin yeni binalarının açılışında dövlət başçısının iştirakını, hərbi hissələrin binalarının yenidən qurulmasını, Binəqədi-Novxanı, Pirşağı-Novxanı, Məmmədli-Digah-Mehdiabad avtomobil yolunun, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını, parkların, mədəniyyət abidələrinin əsaslı təmirini əks etdirir.

Bütün bu sadalananlarla yanaşı olaraq qəbul olunmuş fotosənədlər dövlət başçısının İran, Fransa, Polşa, Türkiyə, Latviya, Belçika və Pakistana 2017-ci ilin ikinci yarımilində etdiyi səfərləri əks etdirir.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü tədbirləri, Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar keçirilən ümümxalq yürüşü, Milli Olimpiya Komitəsinin 25 illiyinə həsr olunmuş idman tədbirləri də qəbul olunmuş fotosənədlərdə öz əksini tapıb.

Hal-hazırda Arxivdə sənədlərin AR Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir.


Bugün: 579
Dünən: 987
Bu həftə: 4843
Son həftə: 4759
Bu Ay: 14674
Son Ay: 20754
Bu İl: 79975
Ümumi: 1100396
1100396