Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

“İşıq-qadın”jurnalının sentyabr 2022-ci il №2 (110) sayında Milli Arxiv İdarəsinin baş məsləhətçisi Rafiq Səfərovun “Səidə-Aliyə xanım Şeyxzadə” adlı məqaləsi dərc edilmişdir

      Azərbaycanın  təhsil tarixində izi qalmış müsəlman qadın pedaqoqlardan biri də Səidə-Aliyə xanım Şeyxzadədir. Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin “Qafqaz Tədris Dairəsinin Qəyyumu” (f.311) fondundakı  sənədə əsaslanaraq  qeyd edirəm ki, Səidə-Aliyə xanım Şeyxzadə 7 mart 1889-cu il tarixdə indiki Gürcüstanın Axalsıx şəhərində dünyaya gəlmişdir. Səidə xanım Şeyxzadə əslən Qazaxın  Salahlı kəndindən olan feldşer Məsim Şıxıyevin ailəsində doğulmuşdur.  Səidə-Aliyə xanım Şeyxzadə H.Z. Tağıyevin təsis  etdiyi Aleksandriyski müsəlman qadın məktəbinin ilk məzunlarından biri olmuşdur.  Həmin məktəbin ilk buraxılışı 1906-cı ildə baş vermişdir. Bakı Aleksandrinski rus-müsəlman qız məktəbinin ilk buraxılışının  siyahısına diqqət yetirsək Səidə xanım Şeyxzadənin adının da həmin siyahıda olduğunu görə bilərik: Musabəyova Ayna, Sultanova Fatma, Bayraməlibəyova Maral, Axundova Xeyransa, Məmmədova Əminə, Axundova Sona, Nərimanova Nabat, Əfəndiyeva Türfə, Əhmədbəyova Tubu,Usmiyeva Sayat, Əlibəyova Gülşən, Nərimanova Qeysər, Şeyxzadə Səidə , Əlibəyova Münəvvər və Sultanova Nərgiz...

        Məqalənin tam mətni ilə BURADAN tanış ola bilərsiniz.

 

 

 


Bugün: 600
Dünən: 676
Bu həftə: 2648
Son həftə: 4358
Bu Ay: 18778
Son Ay: 22161
Bu İl: 63325
Ümumi: 1083746
1083746